Axtarış...

Neftçaladakı axund təyinatı necə baş verib? - Yeni axunddan açıqlama

Neftçaladakı axund təyinatı necə baş verib? - Yeni axunddan açıqlama


Neftçala rayonunda axund təyinatı ilə bağlı narazılıq yarandığı barədə məlumat vermişdik.

32gun.az xatırladır ki, məlumatda yeni axund Hacı Cəfər Cəfərovun sələfi Hacı Mir Seymur Əliyevin vasitəsi ilə Neftçalada fəaliyyət göstərən “Sahib-əz-Zaman” məscidinə təyinat aldığı iddia olunurdu. Həmçinin qeyd edilirdi ki, Hacı Cəfər Cəfərovla Hacı Mirseymur Əliyevin yeni qaydaları narazılığa səbəb olub. Məlumatda Hacı Cəfər Cəfərovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi və qəza törətməsi də əks olunmuşdu.

Bu məlumatlarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, mümkün olmamışdı.

Bu gün Hacı Cəfər Cəfərov 32gun.az-ın redaksiyasına zəng edərək iddialara aydınlıq gətirib. O əvvəlcə axund təyin olunması barədə danışıb:

"Mən əvvəlki axund Hacı Mir Seymur Əliyevin müavini olmamışam, bundan öncə Bakı şəhəri "Heydər" məscidində çalışmışam. Əvvəlki axund bizim rayondan idi. Mən özüm də bu rayondanam və öz kəndimizdə axund olmuşam. O da rayonun baş axundu olduğu üçün bütün kəndlərdəki axundlarla əlaqəsi var. Mənimlə də onun kimi...

Sonradan mən Bakı İslam Universitetinə qəbul olmuşam və oranı qırmızı diplomla bitirib, Bakı şəhəri "Heydər" məscidində çalışmışam. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilk imtahanında iştirak edərək 29 bal toplamışam. Bu da kifayət qədər yüksək baldır. Həmçinin mən heç Neftçala məscidinə gəlmək üçün sənədlərimi verməmişdim. Sənədlərimi Suraxanıda yerləşən "Fatimeyi-Zəhra" məscidinə vermişdim. Hətta o ərazidə ailə üzvlərimlə qala bilmək üçün kirayə ev də axtarırdım. Sadəcə komitənin sədr müavini Gündüz İsmayılov mənə zəng edərək bildirdi ki, səni Neftçala məscidinə təyin etmək istəyirik, öz rayonundur.

İlk olaraq təklifi qəbul etməsəm də, sonradan düşündüm ki, valideynlərim buradadır, onlar tək qalmasın deyə və Neftçalada da belə bir kadra ehtiyac olduğu üçün razılaşdım. Komitəyə zəng edərək bildirdim ki, təklifiniz hələ də keçərlidirsə mən qəbu edirəm. Bu təyinatdan heç Hacı Mir Seymur Əliyevin xəbəri olmayıb.

Məndən əvvəl buraya başqa biri də müraciət etmişdi. O əvvəlki axundun müavini Hüseyn Vüsal İlqar oğlu olub. O da 26 bal toplayıb. Təyinat zamanı da toplanan bal xüsusi önəm daşıyır. Hazırda o mənim müavinimdir. Neftçala məscidi üçün ümumilikdə 5 nəfər sənəd verib. Bir nəfərin sənədi qəbul olunmadı . 4 nəfər imtahan verib, 1 nəfər kəsilib. Digər 3 nəfər 26 bal topladığı üçün seçilən mən seçildim".

Düşdükləri qəza barəsində də danışan Hacı Cəfər Cəfərov bildirib ki, hadisə şəhidlə bağlı tədbirə gedən zaman baş verib:

"Arxada iki maşın qəza törətmişdi. Həmin qza törədən maşınlardan biri bizim məscidə məxsus olan maşınla toqquşdu. Bu zaman mən də həmin maşının içərisində idim. Amma sükan arxasında mən olmamışam. Bunun bağlı hadisə yerinə polis əməkdaşları gəlib. Hətta sığorta şirkəti ziyandəymiş kimi bizim avtomobillə bağlı ödəniş edəcək".

Tətbiq edilən yeni qaydalardan da danışan axund bildirib ki, həmin qaydaları o, tətbiq etməyib, əvvəldən belə olub: “Bütün məscidlərdə işçilər var. Cənazənin yuylma, kəfənlənməsi məsələsini məscidin qarşılamağa imkanı olmadığı üçün müəyyən məbləğ təyin edilir.

Kəfənin, yuyucunun pulu təyin edilir. Su, işıq, qaz məsciddən işləndiyinə görə, 20 manat ödəniş edilir. Qalan ödənişlər isə pulla alınan kəfəndir. Eləcə də cənazəni yuyan şəxsə də ödəniş edilir. Həmçinin dəfn din xadimləri tərəfindən icra olunur. Çünki təkcə mən dəfn etmirəm. Cənazəni kim dəfn edirsə ona 50 manat pul ödənilir.

Amma ümumiyyətlə məscidimizin öz fondu var. Fəqirlər, kasıblar, şəhid ailələri üçün məscidimizin balansına kəfən alınıb. Cənazəni dəfn etmək üçün taxtalar alınıb. Eləcə də, uyucu, qəbqazan maşınla danışılb ki, kasıb olarsa, şəhid ailəsi, şəhid olarsa onlar üçün bütün işlər tam təmənnasız yerinə yetirilməlidir. Bu da hər kəsə şamil edilmir, çünki məscidin o qədər imkanı yoxdur. Yazılan 170 manat da yuxarıda sadaladığım məsələlərdə tələb olunur.

Anlayıram gəncəm, bizi bu postda istəməyənlər də çoxdur. Amma biz bu postu xidmət vasitəsi bilirik. Amma bəziləri bunu xüsusi məqam, "kreslo" kimi başa düşür".

32gun.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz