Axtarış...

Ömrün 85-ci baharı


Martın 17-də Beynəlxalq Muğam Mərkəzində ustad xanəndə, Xalq artisti Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Millitv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yubiley tədbiri mərkəzin “Muğam axşamları” layihəsi çərçivəsində təşkil olunub.Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında yubilyarın repertuarından olan muğam, mahnı və təsniflər səslənib. Əməkdar incəsənət xadimi Hafiz Quliyev xanəndəni təbrik edərək yaradıcılığından söz açıb.
Gecə “Qarabağ şikəstəsi” sədaları altında yekunlaşıb.
Millitv.az


Daha çox xəbər

Şərh yaz