Axtarış...

Kamran Əliyev bu rayonların prokurorlarını təqaüdə göndərdi



Baş Prokurorluqda növbəti kadr dəyişiklikləri olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmrləri Baş prokuror Kamran Əliyev imzalayıb.

Əmrlərə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Nəsimi rayon prokuroru Salman Məmmədli və Yevlax rayon prokuroru Elxan Pənahov xidmətdə olmanın son yaş həddi ilə təqaüdə göndəriliblər.

Qeyd edək ki, E.Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşıdır.

Əlavə olaraq bildirək ki, bununla bağlı ilk məlumatı sabah.az saytı yayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz