Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin edilib.
"APA-Economics"in MDM-dən əldə etdiyi məlumata görə, Mərkəzi Bankın daxili audit departamentinin direktoru Elçin Əlizadə Müşahidə Şurasının sədri seçilib. O, bu vəzifədə Əli Əhmədovu əvəz edib.
Bundan əlavə, Mərkəzi Bankın kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova isə MDM-in Müşahidə Şurasının sədr müavini seçilib.
Qeyd edək ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası həmçinin iki üzvdən - Nadir Babazadə və Elçin Məmmədovdən ibarətdir.