Axtarış...

“Vesta Construction” şirkəti qazilərin pulunu yeyib - GİLEY

“Vesta Construction” şirkəti qazilərin pulunu yeyib - GİLEY


Birinci Qarabağ müharibəsinin qazisi Mahir Məmmədov Reportyor.info vasitəsi ilə üzləşdiyi problemi ictimailəşdirib. Onun sözlərinə görə, paytaxtın Günəşli ərazisində beton istehsalı ilə məşğuldur və binalarla müqavilə bağlayıb iş görürlər, dövlətə də vaxtında vergi ödənişi edirlər. Şikayətçi deyir ki, əldə edilən gəlirdən qazilərə dəstək olurlar. Lakin aylardır ki, “Vesta Construction” şirkəti M.Məmmədova olan 61 min manat borcu qaytarmır. Şirkət rəhbəri beton alıb, amma pulunu indiyə qədər ödəməyib. Qazi deyir ki, şirkət sahibi onu yola verir və süründürür: “Əvvəllər zənglərə cavab verirdi, indi heç telefonu açmır, mesajlara baxmır, nömrəni blok edir. Demir ki, vermirəm, amma borcunu ödəmir də. Gah dedi ki, əvəzinə maşın verəcəyik , gah başqa vədlər verdi. Faktiki 61 min manatı vermir. Bizim də gəlirimiz olmalıdır ki, işimizi görə bilək, qazilərə dəstək olaq. Ancaq son 2-3 ayda nə cavab verir, nə qəbuluna düşmək olur. Tanınmış bir şirkətdir, amma pulumuzu vermir. Biz də hər yerə şikayət edirik. Amma nəticəsi yoxdur”. //Reportyor.info//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz