““Vesta construction” şirkətinin tikdiyi bina uçur: “ARXAMIZDA NİZAMİ RİH DAYANIR” başlıqlı yazıya adıçəkilən şirkətdən münasibət bildirilib.
“VESTA Construction” MMC-nin direktoru: Zeynal Fərhad oğlu Zeynalov AMİA.AZ-a bildirib ki,müraciətimiz əsasında Nizami Rayon İcra Hakimiyyeti başçısının 10 mart 2016-ci il tarixli, 29№-li sərəncamı ilə pilot layihə çərçivəsində Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud, istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi “Vesta Construction” MMC-nin istifadəsinə verilib:
““Vesta Construction” MMC tərəfindən təqdim olunmuş Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllənin ərazi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17.05.2016-cı il tarixli, 02/05-715 №-li məktubu ilə razılaşdırılmışdır və həmin sənədə uyğun eskiz və işçi layihəsi hazırlanaraq müvafiq qaydada təsdiq edilib.
Sözügedən layihəyə əsasən ərazidə “A”,“B”,“C”,“D” və “E” bloklarından ibarət yaşayış kompleksinin inşası hazırda mərhələli şəkildə həyata keçirilir. “B” və “C” blokları istismara verilib. “A” blokunda tamamlama işləri aparılır. “D” blokunda tikinti quraşdırma işləri yekunlaşıb
Tikinti gedən ərazidə quraşdırılmış qaldırıcı kran öz funksiyasını tamamladığından yaxın günlərdə demontaj olunacaqdır. Dərc olunan məqalədəki faktlarla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ilə sakinlərin bizimlə birgə yerində görüşü keçirilib və qaldırılan məsələlər araşdırılıb.
Araşdırma nəticəsində aşkarlanan problemlərin aradan qaldırılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqların icrasına tərəfimizdən başlanılıb.
Vətəndaşların narahatlığına səbəb olan çatışmazlıqlar qısa zaman ərzində öz həllini tapacaq”.