Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinə yeni direktor təyin edilib.
Millitv.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Məsumov Hüseyn Möhsün oğlu təyinat alıb.
Qeyd edək ki, DGK-nin "Azərterminalkompleks" birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov bu gün işdən çıxarılıb.