Nizami İcra Hakimiyyətinin QARANLIQ MƏQSƏDİ: - "Zəngi” liseyinin adı niyə dəyişdirilməlidir?”
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Qərbi Azərbaycanın yaşadılması məqsədi ilə məşhur Zəngi çayının adını daşıyan “Zəngi” liseyinin adının dəyişdirilməsi məsələsi gündəmə gətirilib.
Nizami rayon İcra Hakimiyyəti bununla bağlı əlaqədar qurumlara müraciət edib. Bu da məşhur liseyin yaradıcısı Şöhrət ordenli, əməkdar müəllim mərhum Bayram Heydərovun ailəsi, eləcə də ictimaiyyət tərəfindən sərt etirazla qarşılanıb.
Millitv.az bildirir ki, məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Bayram Heydərovun qardaşı Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli sözügedən icra hakimiyyətinin bu niyyətini “erməniyə xidmət” kimi dəyərləndirib.