"Beynəlxalq Bank"da baş verən ağır cinayət əməlləri, yoxa çıxan, daha doğrusu, xaricdəki ofşor zonalara ötürülən milyardlarla vəsait barədə ölkə mediasında kifayət qədər yazılıb. O da məlumdur ki, baş verən cinayət əməllərinə görə, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abduallayev, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, sonra AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar. Yəni bu adi cinayət əməli deyildi, böyük bir cinayətkar şəbəkə idi.
Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, Anar Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan Anar Sultanov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Və məhkəmə Anar Sultanova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona 3 il şərti cəza verib.
Təsəvvür edirsiniz, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay cəza alan Anar Sultanova Bakı Apellyasiya Məhkəməsi 3 il şərti cəza verdi. Bəlkə də məhkəmə tarixində belə bir hal olmayıb. Nə isə, 3 il şərti cəza ilə canını qurtaran Anar Sultanov elə bilirsiniz islah olundu..? Əksinə Anar Sultanovun barəsində 3 il şərti cəza, ölkədən çıxmamaqla bağlı STOP qoyulsa da, o, istədiyi vaxt ölkəni tərk edir, səsi-sorağı gah Dubaydan, gah Moskvadan gəlirdi. Hələ bu harasıdır..?
Bu gün Anar Sultanov Bakı şəhərində böyük bir tikinti biznesi ilə məşğul olur. Bəli, “Etibar- İnşaat” MMC-nin bütün səlahiyyətləri Anar Sultanova məxsusdur. Əslində bu buznesin arxasında mühüm vəzifəli şəxs dayanır, biz etika və dostların xatirinə onun adını çəkimirik. Amma ümid edirik ki, həmin şəxs də bizim işlərimizə müdaxilə etməyəcək.
Ümumiyyətlə, “Etibar -İnşaat” MMC-nin ətrafında xeyli sayda tanınmış şəxslər cəmləşib. Onlardan biri də hazırda millət vəkili olan, əsgəri xidmət etməyən, Mahir Abbaszadədir. Bəli, Mahid Abbaszadə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, dövlətin məcburi köçkünlər üçün ayırdığı milyonları mənimsəyərək, bu gün həmin pulları “Etibar-İnşaat” MMC-yə yatırıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Anar Sultanov vaxtilə Beynəlxalq Bankdan 15 milyon kredit götürüb.
Sözün qısası, bu cinayətkar şəbəkə hazırda Bakının Yasamal rayonunda 16 mərtəbəli, 4 bloklu bina inşa edirlər. Anarın və qardaşının “Qaradok” deyilən məhşur kafesi və digər obyektləri də ona və qardaşı Cəmilə məxsusdur. Bu yazını yazmaqda məqsədimiz odur ki, deyəsən qardaş Türkiyədə baş verənlər, on minlərlə insanın həlak olması, binaların heç bir normativə cavab verməməsi, həbs olunan inşaat şirkətlərinin rəhbərləri və s bizə dərs olmayıb. Axı, cinayətkar bank işçisi olan Anar Sultanov kimdir kİ, inşaat işlərindən heç bir anlayışı olmadan, Bakıda binalar tikir. Sabah bir təbii fəlakət baş verərsə, Anar kimilərin tikdiyi binaları hansı aqibət gözləyir..?
Bütün bunlar azmış kimi, Anar Sultanov tikinti gedən ərazidəki sakinlərin hüquqlarını pozur, onların şərtləri ilə razılaşmayan mənzil sahiblərini az qala intihar həddinə çatdırıb. Və hazırda narazı sakinlər Anar Sultanovu və şirkəti məhkəməyə veriblər.
Araşdırmamız davam edir. Növbəti yazımızda "Beynəlxalq bankdan oğurlanaraq alınan obyektlər" yazısı dərc olunacaq.
Bizi izləyin. //gundelik-baku.com//