Axtarış...

3 saylı Sabunçu Tibbi Mərkəzində AİLƏ BİZNESİ - İTTİHAM VAR!

3 saylı Sabunçu Tibbi Mərkəzində AİLƏ BİZNESİ - İTTİHAM VAR!


Hərbdən yayınmaq, narkotestdən keçmək, əlillik kağızı düzəltmək üçün Qaracayev “tarif” müəyən edib... Mərkəzdə nə qədər bağban, mühafizəçi, “ölü canlar” var.? Qısa məlumat üçün qeyd edək ki, TƏBİB-in rəhbəri Vüqar Qurbanovun apardığı kəllə-mayallaq struktur islahatlarınınnəticəsində bu gün Bakıda yerləşən xəstəxanalar hər rayon üzrə MƏRKƏZ adı altında birləşdirilərək paytaxt səhiyyəsində dözülməz vəziyyət yaradıblar.
Məsələn, Sabunçu rayonu ərazisindəki xeyli xəstəxana 3 saylı Sabunçu Tibbi Mərkəz də birləşdirilib. Və Bakının məşhur 3 saylı Sabunçu Klinik Xəstəxanası rayon ərazisindəki tibb müəssisələri üçün Tibbi Mərkəz rolunu oynayır. Və vaxtilə 3 saylı şəhər Kliniki Xəstəxanasının Travmotologiya şöbəsinin müdiri olan İlgar Qaracayev yenə burada at oynadır, qohum-əqrəbasını başına toplayaraq ailə biznesi qurub. Bəli, İlqar Qaracayevin yaxınları olan Kazım Qaracayev, Heyran Quliyev, və başqaları xəstəxananı və Tibbi Mərkəzi, sözün həqiqi mənasında bazara çeviriblər. Təsəvvür edirsiniz, Bakının 12 rayonunda hərbi komissarlara, ümumiyyətlə, kiməsə saxta sağlamlıq arayışı lazım olursa, anındaca İqar Qaracayevə müraciət edərək, haqq-hesabını verib saxta sağlamlıq arayışları alırlar. Bir soruşan yoxdur ki, niyə bu saxta arayışları başqa rayonların tibb mərkəzlərindən almırlar, mütləq 3 saylıya üz tuturlar..?
Daha aydın şəkildə desək, kimsə hərbi xidmətdən yayınmaq istəyirsə, İlqar Qaracayevə və onun mərkəzdəki qohum-əqrəbasına müraciət edir. Yaxud kiməsə narkotik testi-arayışı lazmıdırsa, mütləq İlqar doktoru axtarır. Hətta saxta yolla özünə pensiya, əlillik kağızı düzəltmək istəyənlər də İlqar Qaracayevlə dil tapır, işlərini həll edirlər. Bir sözlə, İlqar Qaracayev, Kazım Qaracayev, Heyran Quliyev və onların yaxın çevrəsi xəstəxanada əməlli-başlı rüşvət-korrupsiya maşınını işə salıblar. Hələ bu harasıdır..? Xəstəxanaya daxil olanda adamın gözünün qabağına 1941-1945-ci illər müharibəsində yaralananlara xidmət göstərən xəstəxana gəlir. Görəsən, o vaxtdan keçən 75-80 ildə bu xəstəxana niyə köhnə görkəmini saxlayıb..? Axı, təkcə son illərdə bu xəstəxananın təmirinə, müasir tibbi avadanlıqların alınmasına yüz minlərlə dövlət vəsaiti xərclənib. Bəs görəsən o pullar hara xərclənib..? Onu da qeyd edək ki, TƏBİB-in koordinatoru İmran Qurbanov, TƏBİB-in şöbə müdiri Kəmalə Ağayeva 3 saylı Tibbi Mərkəzdə yoxlama aparıblar. Bəs nəticəsi nə oldu...? Əgər mərkəzdə ciddi yoxlama aparılsa, İlqar Qaracayevin və onun qohum-əqrəbasının həbsi qaçılmaz olacaq. Əgər cənab Prezidentimiz bu xəstəxanada ciddi yoxlamaya göstəriş versə....
Bəlli oalcaq ki, təmir və bərpa adı altında yalandan divarlara boya çəkərək yüz minləri mənimsəyiblər. Bəlli olacaq ki, dövlətin vəsaiti hesabına xəstələrə verilməli olan ərzaq və digər qidalar kimlərin marketlərində satılıb. Bəlli olacaq ki, dövlətdən hər ay əmək haqqı alan, 70-ə yaxın mühafizəçi, bağban və digər işçilər kağız üzərində maaş alırlar, amma işə gəlmirlər. Bəlli olacaq ki, 246 min Sabunçu sakininə quluq etməli olan Tibbi Mərkəzi İlqar Qaracayev və onun qohum-əqrəbasına “xidmət” edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, xəstəxananın baş həkimi, mərkəzin direktoru Fikrət Zeynalov bu yerində olmayan, yarıtmaz və ən əsası xəstəxananı öz şəxsi biznesinə çevirən Qaracayevlərin əməllərinə son qoymalıdır.
PS: İlqar Qaracayevlərin 3 saylı tibbi mərkəzdə apardıqları işlər sanki bazarda edilən alverə bənzəyir. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz