Baş nazirin birinci müavini Yaqub Eyyubovun 40 yaşlı oğlu Orxan Eyyubov Kanada vətəndaşlığı alıb.
Millitv.az AzToday.az a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı məlumat verib.
Onun sözlərinə görə, Orxan Eyyubov Kanada vətəndaşlığı ilə bağlı məlumatı Britaniya hökumətinə dünən açıqlayıb. O, bu ölkədə Kanada kapitallı New Canada Capital Ltd. şirkətinin əsas səhmdarı və direktorudur.
14 milyon funt investisiya aktivi olan şirkəti Londonda yaradanda Orxanın 27 yaşı vardı və o zaman Azərbaycan vətəndaşı idi. Şirkət daşınmaz əmlak sektorunda işləyir.
AzToday.az-ın araşdırmaları zamanı məlum oldu ki, Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun biznesi Avropadan okeanın o tayına – Kanadaya qədər uzanır. Orxan Eyyubov 2012-cu ildən Britaniya vətəndaşlığına keçib. O, zaman Yaqub Eyyubov artıq Azərbaycan respublikasının baş nazirinin birinci müavini idi. Oğlu İngiltərə vətəndaşı 74 yaşlı atası isə AR-nın baş nazirinin birinci müavini.
Onun daha bir oğlu Emin Eyyubov diplomatdır.
Ən əsası isə, hakimiyyətdə olan bu maştabda fiqurların içində ən gözə görünməz, səsi eşidilməsədə, gücü daim hiss olunan fiqurdur .
Yaqub Eyyubovu hökümətdə daha çox “kölgə adam” kimi tanıyırlar. Üzdə xarici qonaqların qəbul-yola salma prosesində görünsə də, iqtisadiyyata yönəlik fəaliyyəti sanki yoxmuş kimi, heç bir zaman qabarıq olmayıb. Amma Baş nazirin birinci müavininin işini çətinləşdirən amillərdən biri təkcə kollektivin ona etimadının olmaması ilə bağlı deyil. Bildiyiniz kimi, Yaqub Eyyubovun səlahiyyət kurasiyasına görə, ölkəyə alınıb gətirilən bütün silah- sursatlar məhz onun nəzarəti və bilavasitə iştirakı ilə həyata keçirilir. Silah alveri isə bütün dünyada qaranlıq iş kimi tanınır. Burada heç bir şəffaflıq olmadığı üçün alqı-satqıda bir çox manipulyasiyaların olmadığını heç cür iddia etmək olmaz.
Başqa tərəfdən, zaman-zaman mətbuatda müəyyən sövdələşmə əsasında ölkəyə yararsız, istismar müddəti qurtarmış texnikaların, təyyarələrin alınıb gətirilməsi haqda informasiyaların dərc olunması da heç kimin yaddaşından çıxmayıb.