Yeni dəyişikliklərə görə, artıq dəyəri 800 dollardan (Oxu: hazırkı məzənnə ilə 1360 manat) çox olan telefonları ölkəyə gətirən zaman 36 faiz vergi ödənişi tələb olunacaq.
Qeyd edək ki, dəyəri 800 dolara qədər olan və şəxsi istifadə üçün gətirilən mobil cihazlara görə gömrük rüsumun ödənişi nəzərdə tutulmayıb və sadəcə smartfonun bir ay ərzində İMEİ kodunun qeydiyyatdan keçirərək istifadəsini davam edə bilər.
Lakin mobil telefon 800 dollardan bahadırsa, bu məbləğdən artıq olan hissəsindən gömrük ödənişlərin ödənilməlidir. Onu da qeyd edək ki, faiz ödənişi qiymətin yalnız 800 dollardan çox olan hissəsinə şamil edilir. Yəni əgər telefon 1000 dollardırsa, onun yalnız 200 dollarına 36 faiz gömrük rüsumu tələb olunacaq.
Beləliklə, xaricdən gətirilən mobil cihazlar istər şəxsi istifadə üçün, istərsə də satış məqsədi ilə gətirildiyi halda mütləq gömrük bəyannaməsində göstərilməlidir. Bu qərarın tətbiqi telefon bazarında da bahalaşma ilə müşahidə olunacaq. Bahalaşmaya səbəb isə təkcə 36 faizlik vergi tətbiqi deyil, eyni zamanda rəsmi invoyslarla bağlı olan problemlər də şəxslər üçün əlavə xərc yaradacaq. Çünki Dövlət Gömrük Komitəsi xaricdən gətirilən invoysları qəbul etmir. Yəni deyək ki, xaricdən 600 dollara (1020 manata) telefon alıb gətirərkən gömrükdə həmin telefona görə təqdim olunan invoys qəbul edilmir.
Gömrük Komitəsi eyni model telefonun daxili bazar qiymətini əsas götürərək yeni invoys çıxarır və ona uyğun qiymətləndirmə aparır. Bu isə telefon bazarında bahalaşma yaradacaq səbəbə çevrilir.
Məsələn, “Apple iPhone 14 Pro Max” markalı telefon Bakıda təxminən 3 min manata, yəni 1 764 dollara satılır. Eyni model telefon Gürcüstanda 900 dollara satılır. Əgər Gürcüstandan bu model telefonu alıb Bakıya gətirərsək, onun vergisini 1 764 dollara görə ödəməli olacağıq. Bu isə ((1764-800)X36%) 347 dollar əlavə xərc deməkdir. Gözlənilən odur ki, fevral ayının 20-dən sonra tətbiq olunacaq qərar telefon bazarında ciddi bahalaşma ilə müşahidə olunacaq. Bahalaşmanın isə 20-40 faiz aralığında baş verəcəyi gözlənilir.
Cebhe.info