Axtarış...

Culfada Vasif Talıbovun qaydaları HÖKM SÜRÜR... - BU DA FAKT!!!

Culfada Vasif Talıbovun qaydaları HÖKM SÜRÜR... - BU DA FAKT!!!


Culfa rayonundakı orta məktəb müəllimləri və poçt işçiləri iməciliyə çıxmağa məcbur edilir. Onlardan yol kənarlarını süpürmək, kənd və qəsəbələri sahmana salmaq tələb olunur.

Millitv.az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a bir qrup rayon müəllimi məlumat verib. Onların bildirdiyinə görə, iməciliklərin yenidən bərpa olunması ilə bağlı göstəriş, rayon icra hakimiyyətindən gəlib.

Rayonun orta məktəblərindəki birinin müəllimi D. Babayev deyir ki, iməcilikdən boyun qaçırmaq istəyənləri işdən çıxarmaqla hədələyirlər:
"Yenə köhnə hamam, köhnə tas başladı. Naxçıvanda hakimiyyət dəyişəndə, bizi əmin etdilər ki, bir daha iməcilik keçirilməyəcək. Buna çox sevinmişdi. Sən demə yerlərini bərkitmək üçün deyirmişlər. İcra hakimiyyətindən deyirlər ki, iməciliklərin yenidən başlaması ilə bağlı məlumat Ali Məclisdən gəlib. Bizi məcburi çıxarırlar yol təmizləməyə. Naxçıvanda iməciliklər yenidən bərbə olunur. Artıq, dövlətdən maaş alan işçilər iməciliklərə başlayıblar. Biz rayonun Yaycı, Bənəniyar, Ərəzin, Camaldın və digər kəndlərində yol qıraqlarınl, məhəllələri süpürüb təmizləməyə başlayıb. Biz dərsə getməsə də olar, təki yollar təmiz olsun".
Naxçıvanda hər həftənin şənbə və bazar, bayram günləri iməcilik keçirmək 2000-ci illərin əvvəlindən ənənəyə çevrilib. Bu ənənəni əsasını Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov qoymuşdu.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz