Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla danışıb.
Bu barədə Prezident Zelenski tviter hesabında paylaşım edib.
O bildirib ki, gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançılar iştirak etməməlidir:
"Mən Rişi Sunaka ukraynalı hərbçilərin "Challengers" tanklarında təlimlərə başlaması ilə əlaqədar təşəkkür etdim. Biz Ukrayna ordusunun imkanlarının daha da genişləndirilməsi və uzunmüddətli perspektivdə Ukraynaya hərtərəfli dəstək haqqında danışdıq".