Axtarış...

İmişlidə vətəndaşın başına OYUN AÇIBLAR - MÜRACİƏT

İmişlidə vətəndaşın başına OYUN AÇIBLAR - MÜRACİƏT


İmişli rayonu, Kürdmahmudlu kənd sakini Əhmədov Qoşqar Havar oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, İmişli rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Pirəli Nağıyev tutduğu vəzifədən sui-istifadə edərək, ona 4986 manat ziyan vurub:

“Mən, Əhmədov Qoşqar Havar oğlu, bildirirəm ki, 3 il bundan öncə İmişli rayon Mərkəzi Xəstəxanasının "Terapiya" şöbəsinin müdiri Pirəli Nağıyev tutduğu vəzifədən sui-istifadə edərək, dəlduzluq yolu ilə mənə 4986 manat ziyan vurub. Belə ki, Pirəli Nağıyev ailəmdə ruhi xəstə olduğundan istifadə edərək, mənim və ailə üzvlərimin ömürlük "Tibbi-müayinə" ediləcəyini vəd edərək, mənə qarşı dəlduzluq edib. Nəzərinizə çatdırmaq istərdim ki, mən iki əsgər atasıyam və xəstə ailə üzvlərim var.

Sözügedən şəxs bu dələduzluğu, cinayət materiallarında da qeyd edildiyi kimi, 30 nəfərə yaxın şəxsə qarşı edib. Hətta bu əməldə oğlu Nağıyev Tağı da ona köməklik göstərib. Oğlu Tağı ilə təsadüf nəticəsində qarşılaşdığımız zaman mənə bildirdi ki, “get əlindən gələni et, bizə heç bir şey edə bilməyəcəksiniz, biz işimizi lazımi şəkildə qaydasına qoymuşuq”.

Nəzərinizə çatdırmaq istərdim ki, oğlu da bu proseslərdə atası ilə bərabər iştirak edib. Lakin oğluna heç bir cinayət işi açılmayıb, əvvəlki vəzifəsində, əvvəlki qaydada fəaliyyət göstərir. Belə ki, Pirəli Nağıyev hansısa yollarla cinayət işini ört-basdır edərək, məni və başqa zərərçəkən şəxsləri yollarda süründürür. Sözügedən şəxs heç bir qanuna məhəl qoymur, hətta Polis və Ədliyyə işçilərinin belə, zəng və çağrışlarına cavab vermir. Bir sözlə, İmişli rayonunda heç bir orqan bu şəxsi gətirib izahat belə ala bilmir. Etiraz edib fikir bildirdikdə isə deyirlər ki, “qardaş Türkiyə Respublikasına keçib, üzərində axtarış var, lakin tapa bilmirik”.

Son zamanlarda İmişli rayon Prokurorluğuna sözügedən işlə bağlı getdikdə isə, mənə bildirildi ki, üzərindəki axtarış da götürülüb.

Mən heç cür başa düşə bilmirəm ki, bunlar bizi nə yerinə qoyub və biz dərdimizi kimə bildirək?!

Sizdən artıq dərəcədə xahiş edirəm, səsimizin lazımi orqanlara çatdırılmasında bizə kömək edin”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz