Türkiyənin Azərbayacandakı səfiri Cahit Bağçı ölkəmizin Tehrandakı səfiriliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun yas mərasiminə qatılıb.
Bu barədə diplomat tviterdə paylaşım edib.
“Hərbi attaşemiz, müşavirlərimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərov üçün qurulmuş yas çadırının yanında dayanıb, atası Rızvan Əsgərova, əmisi və yaxınlarına başsağlığı verdik. Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanındadır”- səfir qeyd edib.