“Mənim oğlum videoda maşında qolu sarılan, göy köynəkli oğlandır”.
Bu sözləri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olduğu bildirilən səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun atası 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərov oxu.az-a açıqlamasında bildirib.
O bildirib ki, hazırda Bakıya gəlir:
“Səfirlikdən mənimlə əlaqə saxlayan olmayıb. Mənim oğlum qolunu maşında sarıdıqları oğlandır. Sosial şəbəkədə isə hamı yazır ki, ölən Orxandır. Mən çox pis haldayam. Orxan Bakıda yaşayır, ailəsinə də, bizə də bir xəbər verilməyib. Bakıya gəlirəm, məlumatı dəqiqləşdirmək lazımdır”.