Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Millitv.az RealMedia.az-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elgün Məmmədov Sumqayıt ŞPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E. Məmmədov bu təyinata qədər Sumqayıt ŞPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.