Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis polkovnik-leytenantı Yelmar Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, o, bu təyinata qədər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.