Axtarış...

"Atalarımız şəhid oldu ki, məmurlar bizə zülm etsin?" - ETİRAZ

"Atalarımız şəhid oldu ki, məmurlar bizə zülm etsin?" - ETİRAZ


Maral Zamanova "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədridir. İllərdir 20 Yanvar hadisələri zamanı həlak olanların ailələrinin hüquqlarının müdafiəsi ilə məşğuldur. Deyir, nəhayət 33 il sonra ailələr şəhid olmuş yaxınları üçün vəsiqə ala biliblər.

1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə müstəqillik tələb edən Bakıya Sovet ordusu daxil olub.

Maral Zamanova 20 Yanvar hadisələrinin şahidi olmaqla yanaşı, həmin gecə atasını itirən qurbanlardandır.

O, hökumətin 20 Yanvar şəhid ailələrinə diqqətsizliyindən gileylənir.

Toplum tvyə danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa bildirib ki, 20 Yanvar şəhidlərinin ailələrinə dövlət tərəfindən müəyyən imtiyazlar verilib

20 Yanvar Şəhidlərinin ailələri ötən il silsiləvi aksiyalar keçiriblər. Ailələr həlak olmuş yaxınlarına vəsiqə və döş nişanı ala bilməmələrindən şikayətçi olublar.

"20 Yanvar Şəhidi" Fəxri adının təsis edilməsi haqqında fərmanı 1998-ci ildə sabiq prezident Heydər Əliyev imzalayıb. Həmin fəxri adla Azərbaycanın azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990cı ilin yanvarında həlak olmuş və ya aldığı xəsarətdən vəfat etmiş şəxslər təltif olunurlar.

Sonuncu dəfə 2020-ci ildə prezident İlham Əliyev mövcud əsasnamədə dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Qanunda 20 yanvar şəhidi fəxri adının vəsiqəsinin eskizi göstərilsə də, ötən ilədək ailələrə vəsiqələri verilmirdi.

20 Yanvar hadisələri zamanı rəsmi rəqəmlərə görə, 137 insan həlak olub, yüzlərlə adam yaralanıb.

Toplum TV
Text-to-Speech

DİNLƏ






Şərh yaz