Bakıda fəaliyyət göstərən MADO restoranlar şəbəkəsi haqqında yazmağa başlayarkən, haradansa yadımıza hörmətli Rəbiyyət xanım Aslanova düşdü.... Necə deyərlər zaman o zaman idi…Rəbiyyət Aslanova adında bir deputat xanım vardı...Yarlı-yaraşıqlı... Bir mahnıda deyir ee...Hər aşiqin bir dövranı var... Bu xanım haqqında qısaca onu qeyd edək ki, bu xanım Ramiz Mehdiyevin rəhbərliyi altında karyera qazandı. Təkcə Ramiz Mehdiyevin yox.... Sonradan bu xanım deputat oldu, hətta Milli Məclisin İnsan Haqları Komitəsinin sədri də oldu.
Deyirlər, hazırda Bakı Dövlət Universitetində fəlsəfə kafedrasının müdiridir və hərdən asta-asta BDU-ya gəlib-gedir... Bununla işimiz yox. Əvvəllər bu xanım sovet dövründə Bakıda Kombinat müdiri olan bir erməni ilə “əməkdaşlıq” edib. Daha sonra başqa birisi ilə... Daha sonra...yaşlı nəsilin yaxşı yadında olar... Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti), “Narxoz”un bir rektoru var idi Səlvər Aslanov. Onun qardaşı Kazım Aslanovdan Rəbiyyət xanımın bir oğlu oldu, Elnur Aslanov. Həmin Elnur Aslanov Perzident Administirasiyasında 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya İşinin Təşkili və Analitik Təhlil sektorunda referent, böyük məsləhətçi vəzifəsində 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləmişdir. Sonradan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilmiş, 17 mart 2014-cü ildə vəzifəsindən azad edilmişdir. Elnur Aslanov 2 aprel 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 14 avqust 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Daha sonra, bu ana-balanın səsi çıxmadı...
Daha doğrusu, arada dedilər ki, PA-nın o zamankı rəhbəri Ramiz Mehdiyevin xeyir-duası ilə Rəbiyyət xanımla Putinin dostu İlham Rəhimov ailə həyatı qurub. Amma bir həftə sonra hər ikisi dedi ki, xasiyyətimiz tutmadığı üçün boşandıq. Nə isə bunları yazmaqla əsas hədəfdən yayınmayaq. Bəli, Rəbiyyət xanım Kəlbəcərdə hərbçi ailəsində anadan olsa da, əslən Dağıstanlı idi. Və hər yerdə deyirdi ki, mən ŞEYX ŞAMİLİN nəvəsiyəm. Amma bir xeyli keçəndən sonra mediada Elnur Aslanovun türk düşməni Fətulla Gülən əfəndiyə bir məktubu yayıldı. Elnur məktubda yazırdı ki, validəm ( yəni anam ) Rəbiyyət xanım sizi çox istəyir... Bəli, Rəbiyyət Aslanova hər yerdə deməyə başladı ki, mən Fətulla Gülən aşiqiyəm... Başa düşmək olmur ki, Şeyx Şamilin nəvəsi birdən necə Fətulla Gülənə aşiq oldu...
Bütün bunları da bir kənara qoyaq. Fətullah Gülən türk respublikalarında böyük bir iqtisadi-biznes şəbəkəsi yaratmışdı. Həmən illərdə Elnur Aslanovun yaxın dostu, sabiq millət vəkili Ceyhun Osmanlı Gülənin Bakıdakı biznes şəbəkəsinə nəzarət edirdi. Bakıda fəaliyyət göstərən məşhur “MADO” restoranlar şəbəkəsi də deputatın nəzarətində idi.
Düzdür Elnur Aslanov bu xəbəri həmişə ironiya ilə təkzib edirdi. Amma Elnur Aslanov hələ PA-da çalışdığı vaxt axşam saatlarında tez-tez dostları ilə birlikdə “Mado”da görsənirdi. Onun Ceyhun Osmanlıyla orda qızğın müzakirələr apardığını da, az adam görməyib. Amma qardaş Türkiyədə 17 dekabr DƏRBƏSİNDƏN sonra bütün ölkələrdə Gülənçilərə qarşı etirazlar yarandı. Və Elnur Aslanov vəzifəsindən uzaqlaşdırıldı, Ceyhun Osmanlı daha deputat olmadı və s. Və qardaş Türkiyənin ünlü kafe brendlərindən olan MADO son vaxtlar Bakıda erməni musiqilərini çalmağa başladı. Bəli, mediada yayılan məlumatlara görə, MADO-da erməni mahnıları səsləndirilir. Kimlərsə bunu təxribat hesab edir, kimlərsə...
Sözün qısası, mediada gedən məlumatlardan belə anlamaq olur ki, MADO-da əl dəyişir, yəni MADO sabiq deputatdan alınaraq kiməsə verilir. Kimə...? Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləyin.
P.S. Ramiz Mehdiyevin özü üçün yetişdirdiyi Elnur, Ceyhun, Ziyafət, Siyavuş, Elmar və başqa gənclərin taleyi və vəzifə pillələri haqqında növbəti yazımızda bəhs edəcəyik. //gundelik-baku.com//