Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik ötən cümə günü Naxçıvana səfər edib.
Ovqat.com-un Naxçıvandakı etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Məhərrəm Əliyev Muxtar Respublikadakı sərhəd qoşunları və əhaliddə ordunun rəhbərliyi ilə görüşüb və Ali Baş Komandanın tapşırıqlarını onlara çatdırıb.
Maraqlıdır ki, general-polkovniki hərbi hissələrə gedərkən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov müşayiət etməyib.
Məhərrəm Əliyevin Muxtar Respublikaya səfəri zamanı pişvazına Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin çıxmadığı xəbər verilir. Onun Kərəm Mustafayevlə görüşüb-görüşmədiyi də bilinmir. //OVQAT.COM//