Bu gün Türkmənbaşı şəhərində Azərbaycan , Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.
Türkmənistanın təsviri və dekorativ sənət əsərləri sərgisi 11 bölmədən ibarətdir.
Sərginin bölmələrində türkmən xalqının bütün dünyada məşhur xalça və xalça məhsulları, keşdə üslubunda hazırlanmış milli qadın geyimləri, qadınlar üçün milli zinət əşyaları, o cümlədən üzük, sırğa, bilərzik və digər aksesuarlar, türkmən qadın rəssamlarının əsərləri və əl işləri nümayiş olunur.
Eyni zamanda, sərgidə milli “ume” ayini icra olundu, türkmən təbiətinin gözəlliyini və xüsusiyyətlərini əks etdirən xalçalar təqdim edilib.
Sonra türkmən qızlar folklor mahnıları ifa etdilər, toy adət-ənənələri təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edilib.