“Azərbaycanda “chek up” müayinələr sığorta təminatında deyil”.
Bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, icbari tibbi sığortanın dünya təcrübəsi var və hazırda dünyanın heç bir ölkəsində “chek up” müayinələr sığorta təminatında deyil.
Qəfil uşaq ölümlərinin qarşısının alınmasında “chek up” müayinələrin rolu ilə bağlı sualı cavablandıran K.Ələkbərov bildirib ki, bu yalnız “chek up” müayinə ilə deyil, ailə həkimlərinin köməyi ilə də həll oluna bilər:
“Uşaqların daha güvənli olması üçün vətəndaşlarımızın ailə sağlamlıq mərkəzklərindəki həkimlərlə daha sıx təmasda olmaları lazımdır. Əgər sıx təmasda olsalar, belə hallar baş verməz. İcbari tibbi sığortanın ölkəmizdə tətbiqi və inkişafı günü-gündən inkişaf edir, qaydalar dəyişir. Ola bilsin ki, gələcəkdə imkanlar daha da genişlənəcək və “chek up” müayinələrin də sığortaya daxil edilməsinə ehtiyac yaranacaq. Çünki profilaktik tədbirlərin aparılması daha asandır və daha az məsrəflidir, daha tez başa gəlir”.