Axtarış...

Goranboyun başçısı içkili qəza faktını ört-basdır edir və…

Goranboyun başçısı içkili qəza faktını ört-basdır edir və…


Goranboy rayon icra başçısı Məhərrəm Quliyev öz köməkçisi Ülvi Əliyevin sərxoş vəziyyətdə qəza törətməsi faktını ört-basdır etməyə çalışır. Ötən həftə baş verən hadisədən sonra icra başçısı əl-ayağa düşərək media emissarlarını minnətçi salmaqla, məsələni mətbuatın gündəmindən çıxarmağa cəhd göstərir. Bu haqda Reportyor.info-ya verilən məlumata görə, icra başçısının köməkçisini nə üçün xilas etmək istəməsi anlaşılan deyil. Halbuki son xəbərlərdə deyilir ki, M. Quliyev hadisəni gizlətməyə çalışmasına baxmayaraq, fakt üzrə istintaq gedir. Çünki ortada sərxoş vəziyyətdə qəza törətmək faktı var. Hazırda Ülvi Quliyevin rayonun Qaradağlı kənd sakini olan yeniyetməni içkili vəziyyətdə maşınla vurması araşdırılır. Goranboyun başçısı isə onu təmizə çıxarmaq və işi bağlamaq üçün əlindən gələni edir. Qeyd edək ki, hadisə Bakı-Qazax yolundan Dəliməmmədli şəhərinin girişinə gedən hissədə, “Tac” şadlıq sarayının qarşısında baş verib. İnsident nəticəsində yeniyetmə hər iki ayağından ciddi xəsarət alıb və əməliyyat olunub. Hazırda onun vəziyyəti ağırdır. M. Quliyev isə zərər çəkənin ailəsini razı salmağa, şikayətçi olmamağa çalışır. Eyni zamanda, hadisənin sərxoş vəziyyətdə olarkən törədilməsi faktını cinayət işindən çıxarmağa can atır. Hazırda istintaq davam edir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirmişdi ki, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H.Ə.-nin hər iki ayağının sınıq xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilməsi barədə məlumat daxil olub:
Məlumatla əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. H.Ə. və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək.


Reportyor.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz