Axtarış...

Ağalar Vəliyev biznesini hansı ad altında GİZLƏDİR?.. - İLGİNC FAKTLAR

Deputat Ağalar Vəliyevlə bağlı keçən yazımızda toxunduğumuz məqamlar maləsəf, rəsmi izahatla müşahidə olunmadı. Amma bunun da səbəbi varmış. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur. Xatırladaq ki, keçən günlərdə Ağalar Vəliyevin bizensi ilə bağlı müəyyən informasiyaları paylaşmışdıq və ortada bir sual var idi, rəsmilər bundan xəbərdardırmı... İndi isə bu olaya qeyr-rəsmi olaraq rəsmi münasibətin necəliyi açıqlanır...

Belə ki, hökumətdəki qaynağın dia.az-a açıqlamasındakı iddialara görə, nəninki Ağalar Vəliyevin, habelə digər biznesmen deputatların növbəti seçkilərdə Milli Məclisin heyətində görünmələri imkansız olacaq. Mənbə bildirir ki, artıq belə bir RƏSMİ QƏRAR VAR və onlar qarşısında `YA MANDAT, YA DA BİZNES" seçimi qoyulacaq...

Biz isə dia.az olaraq öz növbəmizdə biznesmen deputatlarımızın hansı çətir altında öz "işgüzarlıqlarını" gizlətdiklərini ifşa etməkdə davam edəcəyik. Yerinə düşdüyündən bu barədə "Bumerang Media"nın hazırladığı süjeti təqdim edirik

Qanunla deputatların bizneslə məşğul olmasının qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri iş fəaliyyətini davam etdirir. Hətta onların bir qismi ölkədə qurduqları biznes imperiyasını xaricdə də genişləndirməklə məşğuldurlar.
Bakupost xəbər verir ki, belə deputatlardan birinin də Ağalar Vəliyev olduğu iddia edilir. Belə ki, Azəraqrartikinti ASC sədri olan və mənzil biznesi ilə tanınan deputatın biznesi Gürcüstanda da geniş inkişaf edib.

“AS-AQRARŞMENİ” adı ilə Tiflisdə qeydiyyata alınan və qanuni təmsilçilik hüququ İmran Verdiyevə həvalə olunan həmin şirkət deputata məxsus şirkətlərdən biridir.
Hələ 2014-cü ildə deputatın Novxanıda çoxqübbəli və bir neçə milyon manat qiyməti olan villa tikdirdiyi bildirilirdi. Onun Gürcüstanda olan daha bir şirkəti isə oğlu Pərviz Vəliyevin adınadır. PZ Servis MMC-nin rəhbəri olan Pərviz Vəliyevin ötən il Kabuletidə otel və bir neçə başqa bina tikdirdiyi və buna görə qonşu ölkəyə 50 milyon dollar vəsait yatırdığı bildirilir.
Xaricdə atasının biznesini genişləndirən Pərviz Vəliyevin hazırda Azərbaycanda plastik pəncərələr istehsal edən fabriki, beton zavodu və “Mələk” ailə-uşaq əyləncə mərkəzi də var.
Həmçinin Pərviz Vəliyevin İstanbulun mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən dördulduzlu “Aybar” oteli, Ukraynada böyük biznes şəbəkəsinin də olduğu iddia edilir.
“Kristal Abşeron” MTK-nın sahibi kimi də tanınan Ağalar Vəliyev bəzi şirkətlərini qohumlarının adına açıb. Belə ki, onun Azital İnşaat MMC adlı şirkəti qardaşı oğlu Ramin Vəliyevin adınadır.
Ümumilikdə isə Vəliyevlər ailəsinin böyük biznes imperiyası mövcuddur.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz