Axtarış...

Yumurtanın qiyməti niyə bahalaşır? - Ekspert səbəbləri açıqladı

Yumurtanın qiyməti niyə bahalaşır? - Ekspert səbəbləri açıqladı


Azərbaycanda yumurta istehsalı kəskin şəkildə azalıb.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfat üzrə ekspert Vahid Məhərrəmov kənd yumurtasının qiymətinin bahalaşmasının səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, istehsalın azalması yemin qiymətinin kəskin bahalaşması ilə əlaqədardır: "Fərdi təsərrüfatında toyuq saxlamaq artıq vətəndaşlara sərf etmir. Ailə üçün 5-10 toyuq saxlayırlar, onların da yumurtası ailəni dolandırır. Yemin bahalaşması öz növbəsində yumurta istehsalına ciddi təsir edib”.

Vahid Məhərrəmov deyir ki, yay aylarında gün uzun olduğundan toyuqlar daha çox qidalanır:

"Amma indi demək olar toyuqlar yemin ümidinə qalıb və bundan əlavə gün də qısalıb, toyuqlar doyunca qidalana bilmir. Bu da yumurtanın qiymətinə təsir edir. Bu səbəbdən də kəndlilər çalışır ki, yumurtanı baha qiymətə satıb, yem üçün xərclədiyi vəsaitin bir hissəsini kompensasiya etsinlər”.

Qeyd edək ki, hazırda rayonlarda kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik arasında dəyişir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz