Axtarış...

Azərbaycanda polislərə zor tətbiq edildi: Biri bıçaqlandı, digəri isə...

Azərbaycanda polislərə zor tətbiq edildi: Biri bıçaqlandı, digəri isə...


Qəbələdə polis əməkdaşlarına qarşı zor tətbiq edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə rayonun Böyük Pirəli kəndində yerləşən mağazaların birinin qarşısında baş verib. Həmin mağazadan çıxan Aydınqışlaq kənd sakini Dursun Əliyev (soyadlar şərtidir) ərazidə xidmət aparan Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı İlkin Məmmədovla mübahisə edib. D.Əliyev polis zabitinin ona və fiziki məhdudiyyətli övladlarına baxaraq güldüyünü əsas gətirib və DİN əməkdaşını söyüb.

Polis əməkdaşı isə ona öz iradını bildirib və ictimai yerdə nizam-intizama əməl etməyə çağırıb. Buna baxmayaraq D.Əliyev polis baş leytenantının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirib. Daha sonra o, «VAZ-21099» markalı avtomobilinə əyləşib və nəqliyyat vasitəsini qəsdən polis əməkdaşının və onun «Mercedes-Benz» markalı maşınının üzərinə sürüb. O, polis zabitinə daha ağır xəsarət yetirmək istəyib.

Hadisə yerinə Qəbələ RPŞ-nin polis nəfəri, polis kiçik serjantı Elmin Quliyev gəlib. Dursun Əliyev həmin polis əməkdaşına mətbəx bıçağı ilə xəsarət yetirib.

Xuliqanlıq əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və Qəbələ RPŞ-nə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

İşə Qəbələ Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz