Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri sahibkarlıq subyektlərinə eləcə də şənlik evlərində reydlər keçirərək ət məhsulları üzərində möhür axtarırlar.
Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları haqqında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərarı niyə icra edilmir?
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi heyvan kəsimi məntəqələrində real vəziyyətlə bağlı monitorinqlər niyə aparmır? Aparılrsa niyə içtimaiətə məlumat verilmir?
Millitv.az bildirir ki, bu haqda Dünynınsəsi.Az saytına Goranboy rayonundan eləcə də Gəncəbasar sahibkarlarından çoxlu sayda şikayətlər daxil olmaqda davam edir.
Sahibkarlar bildirirlər ki, bu gün elə bir vəziyyət yaranıb ki, ət kəsimi məntəqələrinin heyvan aparıb kəsdirməyin anacaq quruca adı var.Ancaq bu vəziyyətdən sui-istifadə edib pul qazanan vəzifəli şəxslər var.Hər gün onların nümayəndələri satış məntəqələrinə gəlib ət və ət məhsullarına möhür vurub haqqını almaqla işlərini görmüş hesab edirlər.
Amma realda ölkə ərazisində iri və xırda buynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsim məntəqələrində həyata keçirilməlidir. Bunu çıxışlarında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dəfələrlə səsləndirib. Amma bu günə kimi Gəncə və ətraf rayonları əhatə edən ət kəsimi məntəqlərinin adlı siyahısı açıqlanmayıb. Halbuki, Gəncə şəhərinin, həm də rayonların əhalisinin sayına və orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə müəyyənləşdirilməlidir ki, hər bir zonada neçə ət kəsimi məntəqəsi fəaliyyət göstərməlidir.
Gəncəbasar ərazisində hazırda fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı və onların sanitar-gigiyenik durumu, vəziyyəti barədə bir dəfə də olsun ki,monitorinq aparılmayıb.Aparılıbsa da, bu barədə ictimaiyyətə məlumat verilməyib. Əgər verilməyibsə,səbəb nədir? Hazırda fəaliyət göstərən məntəqələrin sayı nə qədərdir və Azərbaycan ərazisi üzrə nə qədər kəsim məntəqələrinə ehtiyac var. Belə olan halda həmin kəsim məntəqələrinin stasionar, modul və ya mobil tipli olmasını sahibkarları özləri müəyyənləşdirəcək.
Əhalidə yanlış düşüncə tərzi yaranıb ki, iri və ya xırda buynuzlu heyvan onun gözü önündə kəsilirsə, bu daha yaxşı ət hesab olunur.Əslində isə belə deyil. Qida məhsulları risklərə görə müəyyənləşdirilir, bunlar arasında ən yüksək riskli məhsullar heyvan mənşəli məhsullar hesab olunur. Bilavasitə zonoz infeksiyalarının yayılması isə əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoya bilər.
Müvafiq sanitar qaydalara görə ət kəsimi məntəqələrində kəsilən ətdə hər hansı problemin mövcudluğu öncədən müəyyənləşdirlməlidir. Konkret desək, iri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq nümunələri götürülməlidir(kağız üzərində yox, əməli olaraq).Çünki onların daşıdıqları zonoz infeksiyaları həddindən artıq təhlükəlidir. Heyvanı kəsən və alan şəxslər bilməlidir ki həm özlərini, həm ailə üzvlərinin sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Ət kəsimi məntəqələrində müvafiq baytarlıq, sanitar ekspertiza laboratoriyaları təşkil olunmaqla kəsimdən sonra da heyvanların sağlamlığı ciddi ekspertizalara cəlb olunmalıdır. Bundan sonra satışa və ya istehsala ət məhsulları yönəldilə bilər.
Bəs görəsən yuxarıda qeyd etdiyimiz qaydalara zidd olaraq ət kəsiminə Gəncə Regional Bölməsi niyə göz yumur? Sözügedən regional bölmənin nəzarətinə aid rayon və kəndlərdə qəssablar ət kəsimini keçmişdəki qaydalarla-baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə aparırlar. Ətlərin daşınmasında heç bir sanitar-gigiyenik qaydalar gözlənilmir. Xüsusi geyim formalarından demək olar ki, istifadə olunmur. Başları açıq, üzləri tüklü, əlləri kirli qəssablar əhalinin sağlamlığını göz görə-görə təhlükəyə atır. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi isə öz aləmindədir. İnfeksiyanın tüğyan etdiyi bu dönəmdə əhalinin sağlamlığının hər an təhlükədə olması onların heç vecinə də deyil. Redaksiya olaraq apardığımız müşahidələr zamanı o da məlum oldu ki,Regional bölmənin haqq-hesab yığanları qəssab dükanlarına gəlib kəsilmiş ətə möhür vurmaqla işlərini bitimiş hesab edirlər. Necə deyərlər onları vətəndaşların sağlamlığı deyil, rahatlıqla qazandıqları paralar düşündürür.
Məlumat üçün bildirək ki, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşınmalıdır. Həmin heyvanların daşındığı andan sonra dincəlməyə buraxılmalı, onların bədənində keçirdikləri həyacan hissi nəticəsində yaranan adrenalinin miqdarı azaldıqdan sonra onların əti istifadə üçün qənaətbəxş ət hesab oluna bilər. Amma yenə də suallar biri-birini əvəz edir. Bu qaydalara kim və necə nəzarət edir? Müvafiq qurumlar niyə öz xalqının sağlamlığına düşməncəsinə yanaşır?
Bu gün ət və ət məhsulları obyektlərə ət necə daşınmalıdır?
Ət və ət məhsullarının daşınması, qəbulu, saxlanması və satışına dair tələblərdə qeyd edilib ki, daşınma üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən (avtorefrijerator) istifadə olunmalıdır. Nəqliyyat vasitəsi təmiz olmalı, yük bölməsində heç bir kənar qoxu olmamalı və daxili səth örtüyü asan yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. Nəqliyyat vasitəsində ət və ət məhsulları qeyri-ərzaq məhsulları ilə birlikdə daşınmama, yük bölməsinin daxili səthi ət və ət məhsullarının daşınmasından əvvəl və sonra yuyucu vasitələrlə yuyulmalı, qurulanmalı və dezinfeksiya edilməlidir. Müəssisədə yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir.Amma bu gün piştaxtalarda satılan ət və ət məhsulları qəssablar öz evlərində kəsib gətirirsə onda hansı ekoloji təmiz məhsuldan söhbət gedə bilər?
Qeyd edək ki,məlum faktlarla bağlı Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində mütamadi olaraq monitorinqlər aparmalıdır. Bu monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərinə də böyük töhfə verə bilər. Ancaq görünən odur ki, biznesmen Qoşqar Təhməzlinin rəhbərlik etdiyi agentlik və onun yerlərdəki vəzifəli şəxsləri istehsal sahələrinə elə öz şəxsi biznes mənbəyi kimi baxır. Burada həm də bir amil ön plana çıxr. Regional bölmələrə rəhbərlik edən şəxslər nə dərəcədə peşəkar və ixtisaslı kadrlardır.
Redaksiyamıza şikayət edən Goranboy rayonun Dəliməmmədli şəhər sahibkarlı mətbuat vasitəsi ilə AQTA rəhbərliyindən xahiş və tələb edirlər ki, öz yaşadıqları ərazidə olan ət kəsimi məntəqəsinin yenidən fəaliyyətinə aidiyyatı üzrə göstəriş versin.Əks təqdirdə əhali üçün alınan və satılmalı olan ət və ət məhsullarının qiyməti bahalaşacaq.
Redaksiya olaraq inanırıq ki,Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi bölgələrdə yaşayan əhalinin sağlamlığını fikirləşib təmiz ekoloji ət və ət məhsulları ilə təmin edəcəkdir.