Axtarış...

Səhiyyə naziri, TƏBİB-in rəhbərliyi hara baxır..? - İLGİNC İDDİALAR...

Səhiyyə naziri, TƏBİB-in rəhbərliyi hara baxır..? - İLGİNC İDDİALAR...


Haqqında bəhs edəcəyimiz Fazil Alməmmədov haqqında qısa məlumat verək.

Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkim olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb.

Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub. Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də 6, 7, 8, 18 saylı şöbələrə də rəhbərlik edir. Hansı ki, həmin şöbələr vaxtilə müstəqil xəstəxanalar olublar.

Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Və Fazil doktor da “əl əli yuyar, əl də üzü” prinsipinə sadiq qalaraq TƏBİB rəhbərliyi qarşısında “borclu” qalmayıb.

Gəlin ölkə mediasında 35 yaşlı gənc Fazil Alməmmədovun barəsində yazılanlara ötəri nəzrə salaq. Bütün maxinasiyaları bir kənara qoyub Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderləri qeyd eləsək çox uzun olacaq. Qeyd edək ki, kotirovka sorğularının nəticələri ictimaiyyətdən gizlədilib. Abadlaşdırma xidmətləri üzrə, İsitmə sistemlərinə xidmət üzrə, Digər malların alınması üzrə, Yangınsöndürən balonların doldurulması üzrə, İcarə və muzdlu xidmətlər üzrə, Torpaq, tikili və avadanlıqlar üzrə, Maşın və avadanlıqlar üzrə, Mətbəə məhsulları üzrə, Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə, Dəftərxana və təsərrüfat xərcləri üzrə, Mühafizə xidməti üzrə... Bu siyahını uzatmaq da olar.

Ancaq bir neçə tenderə nəzər salaq: Təmir üzrə 92 793 manat, Mühafizə xidmətlərinə 105 800.69 manat, Maşın və avadanlıq mallarının satınalınması üzrə 137 757.92 manat... Görəsən, Fazil Alməmmədov hansı mühafizəyə 105 min manat xərcləyib..?

Deyirlər, Fazil Alməmmədov cangüdənlə gəzir, hətta ona yaxın düşmək mümkün deyil... Əgər buna şübhəniz varsa, buyurun Fazil Alməmmədovun tabeçiliyində olan, “Nərimanov Tibb Mərkəzi”nin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında provizor-həkim vəzifəsində işləyən xanımın dövlət başçısına müraciətini oxuyun: Həkim xanım dövlət qurumlarından tələb edir ki, Fazil Alməmmədovun maliyyə maxinasiyaları yoxlanılsın, koronavirusdan qazandıqları ortaya çıxsın: “ Fazil Alməmmədov həkimlərin əlavə əmək haqqını niyə vermir..?

Mən Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 ) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarın 1.1 bəndinə uyğun olaraq vəzifə maaşının 3 misli məbləğində əlavə əmək haqqını 2021-ci ilin noyabr ayına kimi almışam. Sonrakı dövrlər üçün əlavə ödənişləri “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədov ödəməkdən imtina edir. Hörmətli Alməmmədova rəsmi müraciət etməyimə baxmayaraq, müraciətimə cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var. Bu cangüdənlər heç vətəndaşı “Hörmətli Alməmmədova” yaxınlaşmağa qoymurlar”. İndi gördünüzmü, Fazil Alməmmədovun işçisi belə ona yaxınlaşa bilmir, cangüdənlər qoymur. Bunu biz demirik ee, Alməmmədov… Bütün bu maliyyə maxinasiyaları azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir. Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz şəkildə…
Bəli, redaksiyamıza daxil olan məlumata görə, Fazil Alməmmədov bu yaxınlarda Nərimanov Tibbi Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnar Əfəndiyeva orada baş həkimi əvəz edirdi.

Daha doğrusu, 1 saylı şöbəyə çevrilən 8 saylı poliklinikada baş həkim vəzifəsi ləğv olunmuşdu, amma şöbəyə Gülnar Əfəndiyeva nəzarət edirdi.
Təsəvvür edirsiniz Fazil Alməmmədov 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən, 67 yaşlı Şəhla Məmmədovanı şöbəyə “müdir” təyin edir, 55 yaşlı, 35 il iş təcrübəsi olan Gülnar Əfəndiyeva isə işsiz qalır. Bəli, sentyabrın 23-də Fazil Alməmmədovun dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get…

Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnar Əfəndiyevanı işə buraxmırlar.

Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnar Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnar Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnar Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Qanunsuz olaraq işini itirən Gülnar Əfəndiyeva səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edərək hüquqlarının qorunmasını tələb edir.

Redaksiyadan: Görəsən, Fazil Alməmmədovun şəhid ailəsi olan, 55 yaşlı, hələ təqaüd vaxtına 10 il qalmış bacarıqlı həkimin yerinə, 68 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış şəxsi təyin etməkdə məqsədi nədir..? //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz