Axtarış...

Sumqayıt Maşın Bazarı HANSI QANUNLARLA İŞLƏYİR? - ÖZBAŞINALIQ!

Sumqayıt Maşın Bazarı HANSI QANUNLARLA İŞLƏYİR? - ÖZBAŞINALIQ!


Dövlət Vergi Xidməti orqanı əməkdaşlarının əsas vəzifə və öhdəliklərindən biri də ondan ibarətdir ki, sahibkarlıq subyektlərinə nəzarət etməklə vergi ödəmələrinin şəffaf qaydada təmin etsinlər, vergidən yayınan şəxslərə qarşı ciddi tədbirlər, sanksiyalar tətbiq etsinlər. Ancaq bir çox hallarda görürük ki, böyük gəlirli obyektlərdəki vergidən yayınma hallarına elə vergi orqanı əməkdaşları özlər “krişalıq” edirlər. Məsələn, Sumqayıt Maşın Bazarında olduğu kimi…
Ötən həftənin şənbə və bazar günləri şəxsi avtomobilimi satmaq üçün Sumqayıt maşın bazarına çıxardım. Bazarın giriş qapısından bazara daxil olmaq üçün 8 manatdan “giriş haqqı” aldılar. Ancaq etdiyim ödənişin müqabilində mənə heç bir ödəniş qəbzi (çek) vermədilər. Düzü, mən də heç tələb etmədim. Tələb etsəydim ki, nə faydası olacaqdır ki… Uzaq başı pulumu qaytarıb məni də bazara buraxmayacaqdırlar. Düşündüm ki, gəlmişkən həm də bir müşahidə aparım. Və apardım da. Müşahidə etdim ki, bazara avtomobillərin axını həddindən artıq çoxluq təşkil edirdi. Məlum oldu ki, hər həftənin bazar günləri Sumqayıt maşın bazarına 3500 – dən atrıq avtomobil daxil olur ki, onların da hərəsindən eyni qaydada 8 manat pul alınır. Bu da az məbləğ təşkil etmir. Orta hesabla götürsək, bu da 30 (otuz)min manata yaxın pul təşkil edir.
Digər tərəfdən isə diqqətimi çəkən məqamlardan biri də o oldu ki, bazara daxil olan avtomobillərin sihayısı da aparılmır. Halbuki, bazara daxil olan avtomobillərin siyahılaşdırılması vergi hesablaşmalarında olduqca vacib məsələdir. Duzdü, bazara buraxılan maşınlardan yığılan haqqa görə qəbz-çek verilməməsi, onsuzda vergi qanunvericiliyinin tələblərinin, yəni nəğd hesablaşma qaydarının ciddi şəkildə pozulması hallarını özündə ehtiva edir. Bir tərəfdən də bazara daxil olan avtomobillərin siyahılaşdırılmaması bu halları ağırlaşdırır. Görünən odur ki, Sumqayıt maşın bazarında ciddi şəkildə vergidən yayınma halları baş versə də, nədənsə Dövlət Vergi Xidməti orqanı yetkililəri bu halları görməzdən gəlir, bazar sahibinin vergidən yayınması faktına görə sanksiya tətbiq etmirlər.
Halbuki, büdcənin əsas hissəsinin təşkilində, artırılmasında və formaşalmasında əsas gəlirlərdən biri də sahibkarlıq fəaliyyətindən əldə olunan vergi gəlirləri təşkil edir. Belə olan halda da, ortaya maraqlı bir sual çıxır ki, Sumqayıt maşın bazarında vergidən yayınma hallarına nədən və kimlər göz yumur və yaxudda, burda baş verən vergi cinayətlərini kimlər ört-basdır edir?
Yaxşı olar ki, Sumqayıt maşın bazarındakı baş verən vergi pozuntarı (vergi cinayətləri) hallarına DÖVLƏT VERGİ XİDMƏTİ orqanının səlahiyyətliləri aydınlıq gətirə.
Necə olur ki, hansısa bir iaşə obyektində xırda bir vergi pozuntusu hallarına gorə obyekt sahibinin başının üstünü “qara buludlar” kimi kəsdirən Dövlət Vergi Xidməti orqanı əməkdaşları, əcəba niyə Sumqayıt maşın bazarındakı həngaməyə sığmayan vergi pozuntularına görə bazarın sahibinin başının üzərini almırlar? Əcaba, nə məsələdir?
Hesab edirəm ki, bundan sonra DVX orqanı əməkdaşları Sumqayıt Maşın Bazarında köklü kameral vergi yoxlaması həyata keçirəcək və vergi ödəyicisinin fəaliyyəti şəffaf şəkldə yoxlanılacaqdır.
RealMedia.az,
Ramin Məhəmmədoğlu
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz