“Neçə gündür sifarişim gəlib. Ancaq karqo şirkətinə zəng edir, mesaj yazıram cavab verilmir”.
Bunu karqo şirktlərindən biri olan “Faster.az”dan şikayətçi olan vətəndaş yazıb.
O, bu şirkətin müştəriləri aldatdığını, ünvanlarının tapılmasının müşkül olduğunu bildirib:
“Mən səhv etdim, siz etməyin! Pulunuz da batacaq, malınız da…”
DİA.AZ qeyd edir ki, son günlər karqo şirkaətlərindən şikayətlər artsa da, nədənsə bu sahəyə nəzarət edən konkret qurumun olmaması səbəbindən, şikayətləri ya eşidən olmur, ya da çarə tapan... Yekunda problem problem olaraq qalır.
Hər halda, bu sahəyə dövlətin müdaxiləsi vacibdir. Ən azından vətəndaş hüquqlarının müdafiəsi baxımından...
DİA.AZ