Axtarış...

Gəncə sərnişindaşımada YENƏ XAOS... – “Azər-Avtonəqliyyat” ASC qiymətləri qaldırıb?

Gəncə sərnişindaşımada YENƏ XAOS... – “Azər-Avtonəqliyyat” ASC qiymətləri qaldırıb?


Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyi ücbatından səhər saatlarından etibarən şəhərin bir çox ərazilərində avtobus sürücüləri xəttlətə çıxmır.

Millitv.az xəbər verir ki, u haqda Dünyanınsəsi.Az saytına Avtozavod qəsəbəsi ərazisində yaşayan vətəndaşlar tərəfində çoxlu sayda şikayətlər daxil olub.

Qəsəbə sakinləri saytımıza bildiriblər ki, səhər saatlarından etibarən sərnişindaşımaya cəlb edilmiş olan 20 nömrəli avtobus xəttə çıxmır.
Yaranmış olan vəziyyətlə bağlı saytımıza danışan avtobus sürücüləri isə bildirdilər ki, “Azər-Avtonəqliyyat” ASC-nin rəhbərliyindən elə fantastik plan qoyublar ki, gün ərzində bu planı ödəmək mümkün deyil.Həm də Asc rəbərliyi deyir ki, 19 iş gününzdən bir gün kəsib digər avtobusları xəttə qoşacam.Yaxud da planı qaldırmalıyam.
Qiymət artımına etiraz üdən sürücülər onu da iddia edirlər ki, Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinə hər gün olaraq bizdən haqq yığılaraq verilir.
Şikayətçi sürücülər onu da qeyd edirlər ki, sözügedən “Azər-Avtonəqliyyat” ASC-nin rəhbəri Gündüz Abbasov bizə nə yanacaq verir nə də ki, təmirlə bağlı hər hansı ehtiyyat hissələri.Avtobus sürücüləri onu da qeyd edirlər ki, Asc rəhbərliyi bizə deyib ki, tələb və şərtləriimlə razı olmayan sürücülər işdən azad ediləcəkdir.
Gəncə sərnişindaşımada yaranmış olan bu fors-major vəziyyətlə bağlı hüquq mühavizə orqanları işə müdaxilə eməzsə nəqliyyat sektorunda olan xaos aradan qaldırılmayacaq.
Gəncə şəhərinin inzibati ərazisində sərnişindaşınmasının inkişaf etdirilməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilirmi? Bu və ya digər fərmandan irəli gələn məsələlər niyə bu günə kimi həll edilməyib?

Bu yeni ildə məktəblərin açıldığı bir dönəmdə əksər valideyinlər, tələbələr və şagirdlər avtobus nəqliyyatından istifadə edirlər.Məhz belə bir dönəmdə Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin rəhbərliyi kütləni niyə sosial nərazlığa sürükləyir?
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Text-to-Speech

DİNLƏ






Şərh yaz