Axtarış...

Putin: “300 min ton gübrəni pulsuz verməyə hazırıq”

Putin: “300 min ton gübrəni pulsuz verməyə hazırıq”


“Avropa limanlarında saxlanılan 300 min ton Rusiya gübrəsini inkişaf etməkdə olan ölkələrə pulsuz verməyə hazırıq”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, son vaxtlar dünya siyasətində və iqtisadiyyatında əsaslı dəyişikliklər baş verib və bunlar geriyə yolu olmayan dəyişikliklərdir.

Putin qeyd edib ki, ŞƏT bu gün dünyanın ən böyük regional təşkilatıdır və onun beynəlxalq və regional problemlərin həllində rolu günü-gündən artır.

“ŞƏT ölkələrinin siyasət və iqtisadiyyat sahəsində əməkdaşlığı eqoizmdən uzaq yanaşmalara əsaslanır”, - deyə o bildirib.

Rusiya prezidenti çıxışında Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyini “Avropa Komissiyasını Rusiya gübrələrinin inkişaf etməkdə olan ölkələrə çata bilməsi üçün məhdudiyyətləri qaldırmağa inandırmağa” çağırıb.

Mənbə: TRT Haber
Text-to-Speech

DİNLƏ






Şərh yaz