Axtarış...

“A-GROUP INSURANCE COMPANY” SIĞORTA ŞİRKƏTİNDƏN NARAZILIQ VAR – FOTO

“A-GROUP INSURANCE COMPANY” SIĞORTA ŞİRKƏTİNDƏN NARAZILIQ VAR – FOTO

Aygül Əkbərova ” A-Group Insurance Company” sığorta şirkətindən şikayətçidir. TİA.Az-ın xəbərinə görə, vətəndaş firmanın fəaliyyətini tənqid edib. “Yoldaşımın işlədiyi şirkət həmin siğorta şirkəti ilə çalışır. Bizdə ailə siğortasıdır. Qızımda 1-ci dərəcəli skalioz aşkarlanıb, həkimimiz buna görə ilk seans üçün məşqçinin nəzarəti altında, klinikada 15 gün idman, 5 gün də massaj yazıb. İlk seans bitib növbəti seans üçün 20 gün təkrar idman yazılıb.

Uşağı aparmışam, reseptionda deyirlər ki, siğorta sizə rədd cavabı verib. Səbəbi soruşuram, deyir, limitiniz bitib. 15 gün idman, 15 gün də massaj imiş limit. Sığortanın nümayəndəsilə danışdım, deyir, pulu özünüz ödəyib davam edə bilərsiz. Bunu mən də bilirəm. Bəs bizə siğorta kartı təqdim etmisiz, içində də çox böyük miqdarda vəsait. Biz heç ailəlikcə il ərzində onun bəlkə də 1 faizini istifadə etmirik, heç qismət də olmasın, amma hamı xəstələnə bilir. Hər ay öz pullarını maaşdan çıxa bilirlər, onda limit yadlarına düşmür. Bir çox xəstəliyə görə müayinəni, bir çox dərmanı da qarşılamırlar. Bəs o zaman siğorta üçün maaşdan çıxılan pullar hara gedir? Mən sığortalı ola-ola həkimin, dərmanın pulunu özüm ödəyəcəmsə bizdə siğorta nəyə gərəkdir?”-deyə vətəndaş etirazını bildirib.

TİA.Az

“A-GROUP INSURANCE COMPANY” SIĞORTA ŞİRKƏTİNDƏN NARAZILIQ VAR – FOTO
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz