Türkiyəli iş adamı təqdirəlayiq addım atıb.
Azərbaycanda yaşayıb fəaliyyət göstərən türkiyəli iş adamı Harun Reşit Can "Hasbi Meyhane" klubunun açılışından toplanan gəlirin bir hissəsini kimsəsiz uşaqların yardım fonduna köçürmək qərarına gəlib.
Ətraflı
O, bu barədə Hit.az-a açıqlamasında bildirib:
"Bildiyimiz kimi, sentyabrın 9-da Azadlıq Prospekti 231B ünvanında "Hasbi Meyhane"nin açılış mərasimi baş tutacaq. Belə qərara gəldim ki, açılış mərasimindən əldə edilən gəlirin bir hissəsini kimsəsiz uşaqların yardım fonduna köçürüm. Uzun illərdir Azərbaycanda fəaliyyət göstərirəm. Hər daim çalışmışam ki, xeyriyyə işlərində mənim də qatqım olsun. Qardaş Azərbaycanda olan kimsəsiz uşaqlar da bizim balalarımızdır. Bacardığım qədər bu cür addımlar atmağa çalışıram. Allah hər kəsə savab işlər görməyə nəsib etsin".
Hit.az