Axtarış...

Şərq bülbülü

Şərq bülbülü
Bu gün xalq artisti, mərhum sənətkar Rübabə Muradovanın ölümündən 39 il keiçir. Xalq artisti , Leyli, Əsli ("Leyli və Məcnun", "Əsli və Kərəm",Ü.Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl" , M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib" , Z.Hacıbəyov), Sənəm ("Gəlin Qayası" , Ş.Axundova ) və b. yadda qalan obrazlar yaratmış Rübabə Muradova onu sevənlərin qəlbində özünə əbədilik məskən qurub.Şərq bülbülüRübabə Muradovanın valideynləri Ərdəbil şəhərinin Dərbənd küçəsində yaşayıblar. Rübabənin atası Mirzə Xəlil Şiraqi gözəl həkim olmaqla yanaşı, həm də din xadimi olub. Onun məscidləri, çoxlu sayda şirkətləri olub. Pişəvəri hərəkatının ardıcılı və Əli Tudə partiyasının üzü olduğuna görə 1946-cı ildə mühacirət edib. 5 qızı, 2 oğlu olub. Rübabə, Mahrux, Pəri , Tahirə və Firəngiz, oğlanların adları isə Ənvər və Əşrəf olub. Payına cəmi 50 il ömür düşən Rübabə Muradovanın bizim üçün qoyub getdiyi yadigar daha uzunömürlü oldu - yanıqlı səsi, avazı onu sevənlərə miras qaldı.Şərq bülbülü Rübabə Muradovanın səsi XX əsr Azərbaycan musiqisinin ən güclü səslərindən idi. 1933-cü ildə Ərdəbildə dünyaya göz açan Rübabə gözəl səs və simaya malik olsa da təəssüf ki, şəxsi həyatı o qədər də uğurlu alınmayıb. Rübabə sevmədiyi bir şəxslə ailə qurmalı olur. Ailələrin razılığı, təkidi ilə Rübabə bu izdivaca "hə” demək məcburiyyətində qalır. Həmin vaxt Rübabə artıq Bakıda təhsil alırdı və səhnəyə çıxırdı. Ancaq çox gözəl və gənc həyat yoldaşının yüzlərlə tamaşaçı qarşısında çıxış etməsi Xəlilin heç ürəyincə olmur. Rübabəni gündən-günə daha çox qısqanmağa başlayır. Bu qısqanclıq getdikcə daha da artır və ailədə yersiz söz-söhbətlər, mübahisələr yaradır. Bütün bu kobud rəftara, əsası olmayan qısqanclıq səhnələrinə dözə bilməyən və bezən Rübabə Muradova ərindən ayrılmaq qərarına gəlir.Az sonra ilk qızı Qəmər dünyaya gəlir. Onu da anası Siddiqə xanım saxlayıb böyüdür. Rübabə isə Bakıdakı həyatına, sənətinə tək-tənha davam edir.Bir neçə il sonra Tələt adlı ticarətçi ilə ikinci dəfə ailə qurur. Bu izdivacdan da müğənninin Şahnaz adlı qızı dünyaya gəlir. Ancaq zaman getdikcə bu ailədə də problemlər yaranmağa başlayır. Rübabənin məşhurluğu, pərəstişkarlarının sayı artdıqca, Tələtin də qısqanclıq hissləri böyüməyə başlayır. Yerli-yersiz, olar-olmaz hər şeyə yoldaşını qısqanır. Hətta qısqanclıq gözünü o dərəcədə kor edir ki, gecə yatdığı yerdə Rübabənin uzun, qara saçlarını kəsir. Tələtin bu ağlasığmaz hərəkəti Rübabənin səbr kasasını dolduran son damla olur. Bundan sonra müğənni ikinci həyat yoldaşından da boşanır. Ər sarıdan bəxti heç gətirməyən, ilk məhəbbəti uğursuzluğa düçar olan Rübabə Muradova yaşadığı sıxıntıların, problemlərin təkrarlanmasından ehtiyat edərək üçüncü dəfə heç kimə rəsmən ərə getmir.Şərq bülbülü
Heç kimdən asılı olmadan öz həyatını yaşayır. Ürəyi istədiyi kimi geyinir, gəzir, ürəyi istəyəni edir. Amma bunların heç biri onun qəlbindəki dərdlərə çarə olmur. Bir tərəfdən ailə həyatının uğursuz olması, digər tərəfdən də vətən həsrəti onu hər gecə göz yaşlarına boğur. Nakam qalan ilk məhəbbətini, uğursuz ailə həyatını, illərdir unuda bilmədiyi, arzusunda olduğu Ərdəbili düşününərək iztirab çəkir, yuxusuz gecələr həmdəmi olur. Dərdlərini azaltmaq, qəlbini ovundurmaq, vətən yanğısını soyutmaq üçün çıxış yolunu siqaretdə axtarmağa başlayır. Siqaretin tüstüsünü içinə çəkməklə içindəki vətən, sevgi həsrətinin səngiyəcəyinə ümid edir. Bəzən hətta spirtli içki də içir. İçir ki, sərxoş olub bütün qəm-kədərini unutsun. Amma unuda bilmir. Nə siqaret, nə də içki onun yaralarına məlhəm olmur. Əksinə, sağlamlığını, həyatını əlindən alır.Ömrünün son anına qədər vətən niskili Rübabənin ürəyindən getmir. Şərq bülbülü13 yaşında ayrıldığı torpağına bircə dəfə ayaq basmaq arzusu ürəyində qalır. Doğulub-böyüdüyü Ərdəbili, evini yenidən görmək xoşbəxtliyi ona nəsib olmur. Amma ulu Yaradan insanı sınaqlar qarşısında heç vaxt tək buraxmır. Çəkdiyi əzabların əvəzini gec-tez verir. Rübabə Muradovanın 50 illik ömrünün 15 ilinə qadın xoşbəxtliyi də yazılmışdı. İllər sonra yenidən sevdiyi şəxsə, ilk məhəbbətinə qovuşmuşdu. Bacısı Tahirənin sözlərinə görə, müğənni olduğuna görə ailəsi Rübabəni ona almamışdı. O da ailəsindən başqa cür acıq çıxmışdı - heç kimlə evlənməmişdi. Və illər sonra onlar yenə birlikdəydilər. Rübabə Muradova həyatının son 15 ilini bu kişiylə qeyri-rəsmi nikahda yaşayır. Rübabənin həqiqətən sevdiyi ilk və tək kişi xəstə olduğu zamanlarda da, ömrünün son anında da onun yanında olur. Lakin bu xösbəxtlik uzun sürmür. xəstəlik Rübabəyə güc gəlir. Son bir ildə isə xəstəliyi daha çox ağırlaşır. Arıqlayır, solğunlaşır. Yataq xəstəsinə çevrilir. Rübaba Muradovanın bacısı Tahirə xanım onun ölümünün son anlarından dərin kədərlə söz açdı:” Ölümünün yaxınlaşdığı Rübabənin ürəyinə dammışdı. Şərq bülbülüÖzü bunu bilirdi artıq. Qızı Şahnazla qalırdı. Şahnaz övladlıq borcunu layiqincə yerinə yetirib, onun qulluğunda durdu. Bacım əsla şöhrətpərəst insan deyildi. Ona görə də vəsiyyət etdi ki, məni təmtəraqla basdırmayın. Fəxri Xiyabanda basdırmasalar da olar. Əsas odur ki, məni xalqım sevir və sevəcək. Xəstə yatağında da, ölüm ayağında da Ərdəbili unutmadı, yada saldı. Kaş bircə dəfə gedib Ərdəbili görəydim. Sürünə-sürünə də olsa gedib, oranı görüb, sonra öləydim. Ancaq bu arzuyla yaşayırdı, yeganə dərdi ancaq bu idi. Tək nisgili vətəni idi. Rübabə yalnız vətən həsrətilə öldü”.Rübabə Muradova 1983-cü il, avqustun 28-də 50 yaşında qaraciyər serrozundan vəfat edib.Bacısı Tahirə onun son vəziyyətini yerinə yetirib, Ərdəbildəki evlərindən torpq gətirərək qəbirinin üstünə səpib. 2021-ci il fevralın 26-da qızı Şahnaz Bəzirova ürəktutmasından, bir il sonra, martın 23-də isə Qəmər xanım uzun sürən xərçəng xəstəliyindən dünyalarını dəyişib analarına qovuşdular.
Şərq bülbülüTamamilə fərqli və güclü səsə sahib olan bu xanımın istedadı ona Dövlət Opera və Balet Teatrının solisti olduğu illərdə müxtəlif rollar oynamağa imkan verib. "Leyli və Məcnun”da Leyli, "Əsli və Kərəm”də Əsli, "Şah İsmayıl”da Ərəbzəngi, "Aşıq Qərib”də Şahsənəm, "Koroğlu”da Xanəndə qız, "Gəlin qayası”nda Sənəm kimi rollar oynayan Rübabə Muradova xalqın sevgisini zirvə kimi fəth etmişdi.O həqiqətən də, milyonlarla insanın qəlbini və ağlını fəth edən Savalan bağının gözəl bülbülü idi. Rübabə Muradovanın təkrarsız ifası bu gün də Azərbaycanda, İranda, Türkiyədə, Avropada, ABŞ-da, Rusiyada və dünyanın digər ölkələrində hələ də sevilir və bu ecazkar səs sahibini unudulmağa qoymur.


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz