Axtarış...

İslamı elmi şəkildə təbliğ edərək cəmiyyətə sevdirən fədakar alim

İslamı elmi şəkildə təbliğ edərək cəmiyyətə sevdirən fədakar alim
Bu gün şərqşünas alim, professor Vasim Məmmədəli oğlu Məmmədəliyevin doğum günüdür. O, 27 avqust, 1942-ci lidə Bakının Kürdəxanı kəndində dünyaya göz açıb. 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb.1959–1964 -illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinfə təhsil alıb. AMEA-nın həqiqi üzvü, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, BDU-nun İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olmuş Vasif Məmmədəliyev olduqca maraqlı və verdiyi cavabları ilə insanı düşündürən müsahib idi. Mən adətən müsahibə alacağım şəxslər haqqında əvvəlcədən ətraflı məlumat toplayır, həyat və fəaliyyətini araşdırır, əsərləri ilə tanış olurdum. Vasif müəllim haqqında öyrəndiklərimdən sonra bu insanın hədsiz sadəliyi məndə onun şəxsiyyətinə böyük maraq oyandirdi. İslamı elmi şəkildə təbliğ edərək cəmiyyətə sevdirən fədakar alim1965-1968 -ci illərdə Tiflis universtetinin aspirantı, 1978-ci ildən professor olub. 1981–1991 -cu illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı işləyib. İraq Elmlər Akademiyasının, İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının, Misir Ərəb dili Akademiyasının üzvü seçilib. Yorulmadan elmi axtarişlar aparan V. Məmmədliyev 1991–1992 -ci illərdə BDU-nun prorektoru,1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri olub. Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, 2001 -ci lildə AMEA-nın müxbir üzvü, akademiki seçilib. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib. Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri olub.Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib.İslamı elmi şəkildə təbliğ edərək cəmiyyətə sevdirən fədakar alim İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. Azərbaycan-İraq Dostluq Cəmiyyətinin sədri, Azərbaycan İlahiyytat İnstitutunun Himayəçilər Şurasının üzvü olub. Uzun illər Azərbaycan Televiziyasında yayımlanan "Haqqın dərgahı" verilişinin aparıcısı kimi xalqın sevgisini qazanıb. Görkəmli şərqşünas alimin ən böyük xidmətlərindən biri Azərbaycanda islam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsində göstərdiyi səy və təşəbbüskarlıq idi. Bakı Dövlət Universitetində akademikin vaxtilə rəhbərlik etdiyi İlahiyyat fakültəsi ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayıb.İslamı elmi şəkildə təbliğ edərək cəmiyyətə sevdirən fədakar alimAlim AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edib. İnstitutun Dissertasiya şurasının təşkil etdiyi müdafiələrdə böyük məmnuniyyətlə iştirak edən akademik gənc alimlərin hazırlanmasında fəal iştirak edib, gənclərdən dəstəyini əsirgəməyib. Onun son biblioqrafiyasında 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, elmi və publisistik məqalələrinin sayı 650-yə yaxındır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatlara imza atmış Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, “Şöhrət” və “Şərəf” ordenlərinə, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatına layiq görülüb. Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edərək məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənmək üçün bir çox qədim ərəb mənbələrindən faydalanıb. Akademik ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlətmiş və bunumla da Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut etmişdi. İslamı elmi şəkildə təbliğ edərək cəmiyyətə sevdirən fədakar alim Onunla hər dəfə söhbət edəndə bir məqam diqqətimi xüsusilə çəkirdi. Müsahibə arası adamlar otağa daxil olur, ona müxtəlif səpkili suallar verir, fərqli mövzularda alimin fikri ilə maraqlanırdılar. Heç kəsi qapıda gözlətməzdi. Amma bəzən verdiyi cavablar qarşı tərəfi təmin etməz, onun arqumentləri ilə razılaşmazdılar. Belə hallarda qəti mübahisə etməz, “ola bilər” deyib söhbəti qapadardı. Bəzi məsələlərlə bağlı mənim də məlumatım olduğu üçün onun dediklərində haqlı olduğunu görürdüm. Amma fikrini müdafiə etməməsi mənə cəsarətsizlik kimi görünürdü. Bir dəfə özümü saxlaya bilməyib bunun səbəbini soruşdum. Dedi ki, Allahın xəlq etdiyi hər bir bəşər övladı mənim üçün dinindən, millətindən aslı olmayaraq dəyərlidir:” Həmişə insanların fikrinə hörmətlə yanaşıram. Haqlısı da olur, haqsızı da. Amma onlardan ən qorxulusu cahillərdir. Cahil adam ilə mübahisə etmək, onu özünün haqlı olduğuna inandırmağa çalışmaq qumlu səhranı sulayıb yaşıllıq yaratmağa cəhd etmək kimidir. Cahil ilə mübahisə etməkdənsə faydalı bir işlə məşğul olmaq daha ağillı addımdır. Çünki sən nə qədər ciddi arqumentlər gətirib onu səhv yoldan döndərmək istəsən də buna nail ola bilməyəcəksən. “Elm və incəsənət adamları içərisində dostları çoxdu. “SPACE” telekanalında hər şənbə qocaman sənətkarların, ictimai xadimlərin ad günlərinin keçirilməsi zamanı bir çoxları məhz onun təbrik etməsi üçün təkid edərdilər. İslamı elmi şəkildə təbliğ edərək cəmiyyətə sevdirən fədakar alimHeç kimin xahişini geri çevirməz, öz dostları haqqında səmimi ürək sözlərini dilə gətirərdi. Bəzən isə Bakıda olmadığnı öyrənərdik. Rusiya, Polşa, ABŞ, İndoneziya, İraq, Türkiyə, İran, Fransa, Gürcüstan, Misir kimi ölkələrdə beynəlxalq seminar, simpozium, və konfranslarda ölkəmizi ləyaqətlə təmsil edərdi. Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub. Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz