Axtarış...

BDU-da 50 kafedra müdiri seçildi

BDU-da 50 kafedra müdiri seçildi
Bakı Dövlət Universitetində (BDU) kafedra müdiri seçkiləri başa çatıb.

Bu barədə “Qafqazinfo”ya universitetin Mətbuat xidmətindən məlumat verilib.

Seçkilər Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

Ümumilikdə BDU-nun 50 kafedrasına yeni müdir seçilib.



Şərh yaz