Tanınmış cərrah Anar Əmrahın Respublika Diaqnostika Mərkəzində etdiyi əməliyyat zamanı yol verilən tibbi nöqsanlar xəstənin ölməsi ilə nəticələnib.
Əməliyyat zamanı dünyasını dəyişən Məhərrəmova Cəmilə Mahmud qızının Fərhad adlı oğlu Azinforum. az-a açıqlamasında bunları deyib: “Mənim adım Fərhaddır. Azərbaycan Səhiyyəsinin qurbanıyam. Beləki, anam Məhərrəmova Cəmilə Mahmud qızını 31 may tarixində RDM də cərrah Anar Əmrahın başçılığı ilə konorar şuntlama əməliyyatına salmışam. Əməliyyat qeyri steril mühit və ciddi cərrahi səhvlə keçdiyindən, xəstəm əməliyyatdan çıxdıqdan qısa müddət sonra, əməliyyatın yeri infeksiyalaşmışdır. Vəziyyətlə bağlı evə təyin olunmuş həkim cərrah Valeh Məmmədova məlumat verilmişdir. Vəziyyətin normal hal olduğunu, əlamətlərin bütün xəstələrdə olduğunu deyib , bizi arxayınlaşdırmış, xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. İnfeksiya bütün bədənə yayıldıqdan sonra, iyul ayının 13 yaranın yeri təmizlənməsi üçün yenidən əməliyyata alınmış,amma yenə uğursuz əməliyyat səbəbindən xəstə əməliyyatdan çıxdıqdan cəmi 5 gün sonra iyul ayının 18 i İnfeksiya şah damarı partlatmış, kəskin qan itirmədən kəskin təziq düşməsi baş vermiş, xəstə hipoksiya ilə əlaqədar dərin komatoz vəziyyətə düşmüşdür. Əməliyyata alınmış zədələnmiş hissə perekard yamaq qoyularaq yara bağlanmışdır.29 gündür reanimasiya tədavisinə baxmayaraq xəstədə heç bir müsbət irəliləyiş olmamışdır. Xəstə mərkəzə daxil olarkən, heç bir kömək olmadan öz ayaqları üzərində daxil olmuş, uğursuz əməliyyatlarla xəstə dərin komatoz vəziyyətə salınmışdır. Hər üç əməliyyatın sonunda xəstə yaxınlarına brifinq təşkil olunmuş, əməliyyatın uğurla keçdiyi ilə bağlı məlumat verilmişdir. İndi sualım həkimlərədir burda hansı uğur var? Anam xəstəxayana daxil olduğu şikayyətlərlə( təziq qalxması, yüngül təngnəfəslik) hazırkı durumundan daha sağlam, daha əzabsız yaşayardı. 65 gündə 4 əməliyyat hansı uğura işarədir?
Xəstənin reanimasiyada daxil olduğu gündən(18 iyul) infeksion durumla bağlı, hər 3 gündən bir kombinasiyalar qurulmuş, antibiotiklər təyyin olunmuşdur. Bu günə kimi mənə,əməliyyat xərclərinin 10 qatı dəyərində bahalı antibiotiklər aldırılmışdır. Amma infeksion durum kontrola alına bilməmiş,əksinə 66 göstəricidən 356 göstəriciyə qalxmışdır. Burda həkimin uğuru nədir yenə görə bilmirəm.
Komatoz durumla bağlı, proqnoz vermək üçün,mütləq MRT müayinəsi tələb olunduğu halda, xəstənin müayinə durumu olmadığı bildirilmişdir. Bir neçə gün sonra qeydiyya yaxınlaşıb, MRT müayinəsi olmaq istədiyimi bildirdiyimdə , ümumiyyətlə mərkəzin MRT cihazının işləmədiyi reallığı ortaya çıxmışdır. Başqa xəstəxanaya götürüb MRT etmək istədiyimdə, xəstənin öz tənəffüsü olmadığını bəhanə edib, təhlükəli olduğunu, yalnız traxeostoma açıldıqdan sonra mümkünlüyünü bildirilmişdir. Avqust ayının 5-i traxeostoma açıldıqdan sonra belə, müxtəlif bəhanələrlə MRT müayinəsi mümkün olmamışdır.
Həyatda ən dəyərli varlığımı, anamı Azərbaycan Səhiyyəsinə etibar etdiyim üçün çox peşimanam. Düşünürəm ki,burdakı səhiyyə xərclərindən daha az büdcə ilə Türkiyədə, Avropanın qabaqcıl klikanalarında xəstəmi əməliyyat etdirib,xeyrin görə bilərdim.
Heçkimin anası atası dünyanı tutub durmur, bütün analar atalar ölür. Mən anamın ölüm reallığını iyul ayının 18 qəbul etmişəm. Mənim kinim şəxsi deyildir. Sadəcə düşdüyüm durumun, ictimailəşməsini, insanların ad-sana aldanmamasını, həkimlərin və xəstəxanaların iç üzlərinin aşkara çıxarılmasının, daha başqalarının ziyan görməməsini istəyirəm”.
Qeyd edək ki, səslənən ittihamlarla bağlı cərrah Anar Əmrahın mövqeyini öyrənə bilmədik. Özünü xəstəxananın hüquqşunası kimi təqdim edən Cəfərova Jalə isə edilən əməliyyatlar barədə nəsə söyləyə bilməyəcəyini bildirdi.