AXCP funksioneri Fuad Qəhrəmanlı və tanınmış ictimai fəal Zümrüd Yağmurun qızı Sanay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadə ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Qeyd edək ki, işdə dövlət ittihamını müdafiə edən prokuror Əsgər Ağazadənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Əsgər Ağazadənin anası Sürayyə Ağayeva “Realmedia.az” saytına açıqlamasında bildirdi ki, oğlu ilə bağlı səslənən iddiaları böhtandır: “Biz və oğlum həmin ittihamları qəbul etmirik”. Təqsirləndirilən şəxsin anası Sürəyyə Ağayeva iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.
Əsgər Ağazadə özünü təqsirli bilmir və ittihamın əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib. Növbəti məhkəmə prosesi iyulun 27-ə təyin olunub.
Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.
Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.
Hazırda bu mövzu ilə bağlı cərəyan edən proseslərə aydınlıq gətirmək üçün “Realmedia.az” Əsgər Ağazadənin anasından eksklüziv müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik: