Axtarış...

Həsənovların dizini bükdüyü CƏLİLABAD... - NARAZILIQ VAR!

Həsənovların dizini bükdüyü CƏLİLABAD... - NARAZILIQ VAR!


Cəlilabadı talan edirlər. Bu rayondan Əziz Əzizovu vəzifəsindən çıxartdılar. Namiq Zeynalovu həbs etdilər. İndidə rayona Rafiq Cəlilovu İcra başçısı təyin ediblər. Rayonu xaraba qoyub talan edirlər.

Millitv.az "Azərbaycan Reallığı"na istinadla xəbər verir ki, bu sözləri YouTube sosial şəbəkə kanallarında Birinci Vətən Müharibəsinin Qarabağ qazisi deyib. O üzünü ölkə başçısına tutaraq ondan kömək istəyib. Rafiq Cəlilov rayona gələndən rayonda satmadığı torpağ qalmayıb. Qazi və veteranların adından iş adamlarından pullar yığıb, heç kəsə kömək etməyib, hamısını özü yeyib. Müavini Elnarə Həsənovada qara kassasıdır. Rayonu talan edib, görün torpağları hansı hala salıblar?

Kərəm Həsənov Malik Həsənov Rafiq Cəlilov gözləriniz doymur? Bəsdirin! Cəllabadlılardan nə istəyirsiz? Cənab Prezident Sizin iradənizlə 44 günə Qarabağ torpağları işğaldan azad olundu amma bu Cəlilabada təyin etdiyiniz məmurlar rayonu talan edir. Satmadığları yer qalmadı. Dəfələrlə sizə telegramlar vurub məktublar yazsamda ünvana çatmağa imkan vermirlər. Xahiş edirəm kömək edin. Deyə sonda vətəndaş bildirib.

Daha ətraflı aşağıdakı videoda:

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz