Axtarış...

QAÇHAQAÇ: Ermənilər "Hayastanı" belə tərk edir

QAÇHAQAÇ: Ermənilər "Hayastanı" belə tərk edir


Ermənistan vətəndaşları ölkələrini tərk etməyə başlayıblar. Hakimiyyətdən əlini üzən xalq əlacı başqa ölkəyə köçərək, orada yaşamaqda görürlər. İrəvanda hava limanında çəkiliş edən jurnalist bu məsələyə geniş yer verib. Reportajda bildirilir ki, artıq ailələr Ermənistanı tərk edir və mühacirlərin sayı artır.

Erməni jurnalist çəkiliş zamanı qeyd edib ki, Vrej adlı bu şəxs ailəsi ilə vidalaşır. Onun ailə üzvləri Polşaya və Rusiyaya tələsirlər. Vrej deyir ki, bu gün 4 nəfər, bir neçə günə isə 3 şəxs ermənistanı tərk edəcək. Sentyabrda isə başqa birisi.

Köç edənlər deyirlər ki, artıq başqa çarələri yoxdur. Vrejin oğlu Aşot da ölkəni tərk edib. Aşot xaricdə yaşayan ermənilərin sayının artdığını deyir. Bildirir ki, ötən il gedən 4200 nəfər hələ də geri qayıtmayıb

Aşot deyir ki, hakimiyyətin niyyətini eşidəndən sonra bu ölkədə qalmaq fikrində deyil.

Həmçinin bildirilir ki, ötən il ümumilikdə 70 mindən çox adam Ermənistanı tərk edib.

Erməni jurnalist deyir ki, Ermənistanı tərk edənləri başa düşmək olar. Çünkü onlar bilirlər ki, vaxtında buranı tərk etməsələr, yaşamaları çətin olacaq. Gündəlik ehtiyaclarına pensiya kifayət etmir. Qeyd edilir ki, bu ilin ilk altı ayında gedənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 200 mindən çox artıb.Xezerxeber.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz