Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarını 5 medalla başa vurublar.
Fəridə Əzizova (67 kq) qızıl, Minayə Əkbərova (46 kq), Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) isə bürünc medallara yiyələniblər.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.