Axtarış...

BORC ALIB POLİSƏ DÜZƏLƏN İŞÇİ BORCUNU NİYƏ QAYTARMIR

BORC ALIB POLİSƏ DÜZƏLƏN İŞÇİ BORCUNU NİYƏ QAYTARMIR
Millitv.az müraciət edən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yaşayan Heydərov Rauf Saleh oğlu və qızı Əsədova Tünzalə Rauf qızı təxminən 5 il bundan əvvəl 2017-ci il taixdə dostu Abdullayev İslam, qızı Minarə Abdullayevanı Daxili İşlər Nazirliyinin 102 xidmətindən Azərbaycan Respublikası Baş Dövlət Yol Polis idarəsinə keçirilməsi üçün 10.000 (on min) ABŞ dolları məbləğində pul lazım olduğunu və qeyd olunan məbləği 10.000 (on min) ABŞ dollarını tapıb qızı Minarə Abdullayevaya verməyini ondan xahiş edib. Rauf Heydərov şikayətində bildirir ki, dostu İslamın sözünü yerə salmayaraq 10.000 (on min) ABŞ dollarını tapıb qızı Minarə Abdullayevaya verib ki, O Baş Dövlət Yol Polis idarəsinə işə düzəlsin.

Raufun borc verdiyi 10.000 (on min) ABŞ dollarını İslam bir ilin içində qaytarmağa söz versə də, Rauf o, gündən bu günə qədər həmin pulu onlardan ala bilmədiyini qeyd edir.

Heydərov Rauf müraciətində onunda qeyd edir ki, “pulu verəndə Minarənin atası İslam demişdi ki, “narahat olma bir ilin içində Minarə o pulu sənə işləyib qaytaracaq”. Raufun pulu onlara inanaraq verdiyini bildirir. İslam və qızı isə pulu qaytarmayaraq Raufa böyük maddi və mənəvi ziyan vurublar. Şikayətçi əsəbimdən iki dəfə paralic keçirdiyini, evini satdığını, şəkər xəstəliyinə tutulduğunu bildirir. Rauf Heydərov dəfələrlə Minarə və İslama pulumu qaytarmağı xahiş etsədə də, onlar pulumu qaytarmaqdan yayınırlar”.

Bildirmək istəyirik ki, yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün Baş dövlət yol polis idarəsində işləyən Minarə Abdullayeva ilə əlaqə saxlayaraq yaranmış problemə aydınlıq gətirilməsini istədik. Sonradan Minarənin qardaşı bizimlə əlaqə saxlayaraq şikayətçi ilə birlikdə bizim iştirakmızla görüşüb baş verənlərə aydınlıq gətirəcəyini bildirsə də, lakin sonradan Minayə şikayətçi ilə görüşməkdən imtina edərək hətta bizi polis ilə hədələməkdən də çəkinmədi.


Millitv.az


Daha çox xəbər

Şərh yaz