Neçə illərdir ki, Astara rayonuna rəhbərlik edən, buna qədər də - Masallıda icra başçısı olarkən adı bir çox qalmaqallarda hallandırılan Qəzənfər Ağayev barəsində son məlumatlarda deyilirdi ki, onu da yola salacaqlar, amma məsələ belə deyilmiş. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, konkret ciddi "çətir" altında gizlənən Qəzənfər Ağayev hətta barəsində edilən şikayətləri də illərdir qulaqardına vurmasıyla himayədarının yenilməzliyini ortaya qoymuş bir fiqurdur.
Mənbənin dia.az-a söylədikləri: "Qəzənfər Ağayevə o zamanlar da kimsə bata bilmədi. İndi də eyni şəkildə fəaliyyətini sürdürür. Bu isə kifayət qədər ciddi şübhələr yol açır. Belə bir imtiyaz sahibi olan hansısa icra başçısı təbii ki toxunulmaz ola bilər. Əslində bu "təbiilik" onun məşğul olduğu qeyri-leqal fəaliyyəti ilə birbaşa bağlıdır".
Mənbə dia.az-a bildirir ki, heç Astarada da dəyişiklik ab-havası görsənmir: "Bunların hamısını birdən kürümək lazımdır. Görünür, hökumət də belə düşünür".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...