Axtarış...

ƏƏSMN-də İŞƏ QƏBUL HOQQABAZLIĞI... - İLGİNC FAKTLAR

ƏƏSMN-də İŞƏ QƏBUL HOQQABAZLIĞI... - İLGİNC FAKTLAR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qəbulu heç də şəffaf keçirilmir və əvvəlcədən tapşırılan şəxslər işə qəbul edilirlər.

Belə bir iddia ilə İsmayılov Zərbalı Fəqani oğlu PİA.az müraciət edib. Zərbalı İsmayılov bildirir ki, o, qəbulda baş verən qanun pozuntuları ilə bağlı prezident İlham Əliyevə, birinci vitse-prezident xanım Mehriban Əliyevaya və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə müraciət edib. Lakin müraciətinə cavab ala bilməyib.

Şikayətçi Zərbalı İsmayılov bildirir ki, DİM-nin keçirdiyi imtahanlarda BB və BA kataqoriyası üzrə müvafiq dövlət qulluqçusu sertfikatı alıb. Həmin sertfikatlara əsasən, dövlət orqanlarının müsahibəsində iştirak etmək hüququ qazanıb.

31.03.2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsi Təminant sektoru vakansiyasına görə müsahibədə iştirak edib və bu müsabiqəqinin gedişində dövlət qulluğuna qəbulun qanunla təsbit olunan prinsiplərində ciddi pozuntular olub. Həmçinin şikayətçi iddia edir ki, dövlət qulluğuna qəbulun şəffaflıq tələbi pozulmuşdur.

Hər şeydən əvvəl şikayətçi bildirir ki, müsabiqə təyin olunan vaxtdan gec başlayıb. Videoya alınan müsabiqənin gedişində isə bir çox qanun pozuntuları müşahidə edilib:

“Nəzərə alsaq ki, dörd bənd üzrə ayrı-ayrı qiymətləndirmə aparılır və buna baxmayaraq, qiymətləndirmə zamanı qanunvericilik və ümümi dünyagörüşündən çox az sual verilib və ümumilikdə qiymətləndirmə prosesi məni qane etməyib. Hansı ki, həmin sualları, eləcə də “Vəzifə proqramı” üzrə verilən sualları da müvafiq şəkildə cavablandırmışam. Suallara ətraflı cavab verməyimə baxmayaraq, lokanik cavab verməyim tələb olunub. Halbuki ki, İqtisadiyyat mütəxəssisi bu sahə üzrə lokanik deyil, ətraflı cavab verməlidir. Bütün suallara doğru cavab verməyimə baxmayaraq, cavablarım qəbul edilməyib.

Qanunvericiliyə bir çox qanunlar daxil olsada, yalnız “Dövlət qulluğu haqında qanun”dan 4 sual verilib, digər qanunlara isə vaxt çatmayacağı söylənilib”, deyə şikayətçi bildirib.

Zərbalı İsmayılov bildirir ki, qəbul komissiyasının sədri Bayramova Nərmin Ermest qızı (əldə etdiyimiz məlumata görə sabiq Baş nazir Novruz Məmmədovun yaxın qohumudur) ona əlindəki kağız vərəqdən sualalr verir və bu suallara da düzgün cavab verməsinə baxmayaarq həmin cavabları qəbul etmək istəməyib. Daha sonra isə xanım Nərmin Bayramova ümumiyyətlə müsabiqənin gedişi ilə maraqlanmayaraq telefonda danışmağa başlayıb və onu dinləməyib.

Digər komissiya üzvlərinin də verdikləri sualalrı dolğun şəkildə cavablandırdığını bildirən Zərbalı İsmayılov qeyd edib ki, müsabiqənin gedişində açıq şəkildə hiss olunurdu ki, komissiya üzvləri əvvəlcədən kimi işə qəbul edəcəklərini bilirdilər və bütün davranışları da buna uyğun olub. Bütün müsabiqə prosesinin videoya alındığı vurulayan şikayətçi bildirib ki, istənilər dövlət qurumu həmin videoya baxaraq onun haqlı olduğu qənatinə gələcəklər.

Qeyd edək ki, müsabiqəyə gələn 67 nəfərdən 6-sı qəbul olunub və onların da 4-nə təyinat verilsə də, ikisi şəxsə təyinat verilməyib. Zərbalı İsmayılov iddia edir ki, təyinat alan həmin 4 nəfər aldıqları vəzifəyə uyğun olaraq yetərli savad və digər keyfiyyətlərə malik olmayıblar və onlar tapşırığa əsasən təyinat alıblar.

Maraqlıdır ki, müsabiqənin gedişindən narazı qalan Zərbalı İsmayılov öz müsabiqəsinin videogörüntüsünü tələb etsə də, ona bununla bağlı rədd cavabı verilib.

Müsabiqədən keçə bilməyən şikayətçi apellyasiya şikayəti verib.

Bundan sonra isə “qaçdı-qovdu” başlanıb. Apellyasiyanın vaxtının ona bildirilməsinə baxmayaraq, saatı yazılmayıb və şikayətçi dəfələrlə zəng etdikdən sonra ona saat 5-də gəlmək məsləhət görülüb. Saat 5-də deyilən yerdə olan Zərbalı İsmayılova bir saat gözlətmədən sonra deyilib ki, komissiyanın sədri Anar Əliyev nazir Sahil Babayev tərəfibndən çağrılıb və buna görə də apellyasiya təxirə salınıb. Apellyasiyanın ertəsi olacağını bildirsələr də, yenə də saatı sabah söyləyəcəklərini deyiblər və səhərisi gün də qyni şeylər təkrar olunub və bir neçə cəhddən sonra Zərbalı İsmayılov dəqiq saatı öyrənə bilib.

Apellyasiya başladıqdan sonra isə Zərbalı İsmayılovu ilk olaraq içəri almaq istəməyiblər və bildiriblər onlar şikayətə baxıb qərarlarını elan edəcəklər. Uzun mübahisədən sonra şikayətçinin iştirakı təmin olunub. Bundan sonra isə Zərbalı İsmayılov komissiyanın tərkibinə etiraz edib. Çünki qanuna zidd olaraq Zərbalı İsmayılovun bilavasitə şikayətçi olduğu Nərmin Bayramova komissiya üzv olub. Şikayətçinin etirazlarına qarşı isə bildirilib ki, Nərmin Bayramova prosesə müdaxilə etməyəcək. O zaman təbii olaraq sual çıxr, hansı məntiqlə həmin Nərmin Bayramova apellyasiya komissiyasına üzv daxil edilib.

Zərbalı İsmayılovun bütün etirazlarına baxmayaraq, Nərmin Bayramova apellyasiya komissiyasında üzv olaraq saxlanılıb. Komissiyanın digər üzvləri Vəli Quliyev və Heybət İmanov da ona qarşı qərəz nümayiş etdirərək mövzuya id olmayan məsələrdən bəhs ediblər.

Apellyasiya zamanı bütün verilən suallara doğru cavab verməsinə və komissiya sədri Anar Əliyevin onu təqdir və tərif etməsinə rəğmən Zərbalı İsmayılovun şikayəti təmin olunmayıb.

Zərbalı İsmayılov isə məsələ ilə bağlı məhkəyə müraciət edəcəyini və prosesi son instansiyayadək sürdürəcəyini bildirir.

Xatırladaq ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət etməyimizə baxmayaraq, iki həftə müddətində sorğumuza heç bir cavab ala bilməmişik. Qeyd edək ki, bununla bağlı redaksiyamız İnsan Haqqları üzrə Ombudsmana müraciət hazırlayır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz