Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,
Nüsxəsi: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə,
Nüsxəsi: Baş Prokuror cənab Kamran Əliyevə,
Masallı rayon bir qrup Qəriblər kənd sakini tərəfindən
Müraciət
Hörmətli Cənab Prezident və dövlət rəsmiləri!
2015 və 2019-cu illər ərzində Masallı rayon Qəriblər kəndinin sabiq bələdiyyə sədri Müşviq Ağayev kəndimizin köhnə qəbirstanlığını, "Kurqan" təpələrini və əkinə yararlı torpaqları qazdıraraq ayrı-ayrı şirkətlərə satmışdır. Qazıntı zamanı tarixi abidələri məhv etməklə yanaşı çoxlu sayda oradan qızıl zinət və əntiq əşyaları tapmışdır. Masallı rayonunun bəzi məmurları bundan xəbərdar olduğu üçün Müşviq Ağayev əldə etdiyi qızıl zinət əşyalarını onlarla bölüşmüşdür. O gündən bu günədək Müşviq Ağayevi müdafiə edən məmurlar məcburi qaydada onun bütün törətdiyi cinayətləri müdafiə edərək ört- basdır edirlər.
Biz kənd sakinləri 7 ildir ki, Müşviq Ağayevin cinayətlərini ifşa edib bütün dövlət qurumlarına çatdırmışıq, lakin buna baxmayaraq, Müşviq Ağayevin toxunulmazlığı davam edir. Bizi ölümlə hədələyir "bu ölkədə kimsə mənə heç bir şey edə bilməz,"- deyərək bizləri təhqir edir.
Cənab Prezident! əsrin cinayətini törədən, tarixi abidələrimizi məhv edən qəbirstanlıqda ölənlərimizin qəbirlərini tarixdən silən Müşviq Ağayevin barəsində cinayət işinin başlanması üçün aidiyyatı hüquq mühafizə orqanlarına göstəriş vermənizi sizdən xahiş edirik.
25 iyul 2022-ci il.
Cenub.az xəbər saytında da sözügedən məsələ ilə bağlı şikayət verilib və sayt rəhbəri olan Zahir Əmənovun dediyinə görə, biz, qarşı tərəfin fikrini öyrənmək üçün Qəriblər bələdiyyəsinin sabiq sədri Müşfiq Ağayevlə də görüşdük. O bildirdi ki, yazılanların hamısı şər və böhtandır. Bilirəm ki, bunları kim yazdırır. Hazırda bütün yazılanlar hüquq-mühafizə orqanlarında araşdırılır. Elə mən də istəyirəm ki, onların böhtanları mətbuatda yer alsın. Sonra bu şəxsləri məhkəməyə vermək üçün əlimdə əsaslar olsun. Mən, Qəriblərdə bir çoxlarının bəd əməllərin aşkarladığım, necə deyərlər, bəzilərinin havasına oynamadığı üçün belə edirlər. Qaldı ki, stadionla bağlı işin Ali Məhkəmədə udulmasına, bu da sirr deyil ki, onlar hansı yollarla buna nail olublar. Bu ayın ortalarında ölkənin Baş Prokuroru Masallıya gələcək. Onun qəbulunda olub hər şeyi Baş Prokurora çatdıracağam. Mənim heç bir əyri işim yoxdur. Xalq məni yaxşı tanıyır. Nə etmişəmsə, öz kəndim üçün, imkansızlar üçün etmişəm.
P.S. Bizi izləməkdə davam edin Müşviq Ağayevin digər saxta işləri və törətdiyi cinayətlər barədə sizə məlumat verəcəyik.
Qarşı tərəfi dinləməyə hazırıq... //Hazırladı: Zahir Əmənov. Cenub.az//