Axtarış...

Prokuror ermənilərin Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb etdiyi xarici vətəndaşa 11 il iş istəyib

Prokuror ermənilərin Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb etdiyi xarici vətəndaşa 11 il iş istəyib
Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin çıxışında bildirib ki, Dubakov cəzasını çəkib başa çatdırdıqdan sonra Azərbaycanın hüdudlarından çıxarılsın.

Prosesdə daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, çıxışında E. Dubakovun Ermənistan tərəfdən işğalda olan Azərbaycan ərazilərində hərbi təlimlərə cəlb edildiyini, lakin Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmədiyini bildirib: "Bu faktın Dubakovun işində yüngülləşdirici hal kimi qəbul olunmasını xahiş edirik".

Məhkəmə Eduard Dubakova son sözə hazırlaşmaq üçün vaxt verib.

Proses iyulun 22-də davam edəcək.

***

16.36

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə baxılır.

***

07.16

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdiriləcək.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqının başa çatacağı və prokurorun çıxış edəcəyi gözlənilir.

İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz