Hüquqi müstəvi” jurnalında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü , Bakl Şəhər İcra hakimiyyətinin sədri Eldar Əzizovun dərin məzmunlu, real faktlara, unudulmaz xatirələrə söykənən yazısı oxucular üçün az maraq doğurmur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, tarixçi, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifi olan Eldar Əzizovun ulu öndərin anadan olmasının 99-cu ildönümünə həsr etdiyi məqalə yaxın tariximizdə cərayan edən hadisələrin öyrənillməsi baxımından əhəmiyyət kəsb edir. Hər əsrin ümumi tarixi mənzərəsinı müəyyən edən xarakterik xüsusiyyətlərdən bəhs edən müəllif XXI əsrin həm texnologiyaların inkişafı, kosmosun geniş miqyasda fəthi, rəqəmsallaşlaşma prosesləri, innovasiyaların geniş tətbiqi ilə yanaşı həm də, qlobal münaqişələr, böhranlar dövrü olması ilə yadda qalacağını yazır. “Coğrafiya taledir” məşhur ifadəsinın yazıda qeyd edilməsi isə çox mətləblərdən xəbər verir:” Biz srateli baxımdan son dərəcə əhəmiyyətli bir çoğrafiyada yaşayırıq. Tarixən Şərqin qapısı sayılan Azərbaycanın-Odlar yurdunun təbii sərvətləri bu məkanın dünya üçün önəmini daha da artırır. Bu üstünlüklər təbii ki, bu Vətənin hər bir övladı üçün böyük qürur mənbəyidir. Bununla belə, bu çür strateji coğrafiyada yerləşməsi Azərbaycanı əsrlər boyu yadellilərin istilalarına, hərbi yürüşlərinə də məruz qoyub.” Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanı bu gün qititələrarası mühüm nəqliyyat-logistika marşrutlarının bir neçəsinin yaradıcısı adlandıran məqalə müəllifi hazırda Beynəlxalq iqtisadiyyat üçün qan damarı rolunu oynayan, ölkələri, mədəniyyətləri bir-birinə qovusduran yolların marşrutlarının, kommunikasiya kanallarınınm əmləkətimizdə birləşdiyini, burda uzlaşdığını, Azərbaycandan dünyanın fəqli məkanlarına doqru şaxələndiyini qeyd edir. Hər kəsin haqlı olaraq ölkəni onun yaradıcısı, memarı olan Heydər Əliyevin Azərbaycanı adlandırdığını diqqətə çatdıran Eldar Əzizov 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdıb ölkəni və cəmiyyəti üzləşdiyi ağır çətinliklərdən xilas edən, yenicə qazandığı müstəqilliyini, dövlətçilik əsaslarını itirmək təhlükəsi ilə üzləşmiş Azərbaycanı dövlət kimi qurub inkişaf etdirən şəxsiyyətin məhz Heydər Əliyev olduğunu yazır:
”Heydər Əliyev cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara başladı, ona qədərki heç bir rəhbərin səsləndirməyə cürət etmədiyi “Qoy ədalət zəfər çalsın” çağırışı ilə çəmiyyətə haqq-ədalət gətirdi. Ölkədə elə bir sahə qalmadı ki, orda mühüm yeniliklər özünü göstərməsin.”
Müəllif mühüm bir məqama diqqət çəkərək modernləşməyə bütün varlığı ilə can atan Heydər Əliyev şəxsiyyətinin müsbət mənada mühafizəkar da olduğunu vurğulayr:” O, milli-mənəvi dəyərlərə sadiq idi, gənc nəslin bu dəyərlər ruhunda yetişib tərbiyə olunmasına çalışırdı, kosmopolit düşüncə tərzinin milli kimliyimizi aşındırmasına yol vermirdi. Bunu da hər hansı inzibati-amirlik metodlarının köməyi ilə deyil, məhz özü şəxsi nüminə göstərməklə edirdi. ”Ulu öndərin “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla, Azərbaycanın inkişafı üçün güclü təməl formalaşdırdığını, təbii resursların ölkəmizin, xalqımızın rifahına tönəldilməsinə nail olduğunu diqqətə çatdıran müəllif Heydər Əliyevin ölkənin demokratik inkişaf amalını, strateji hədəflərini təhdid edən qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyaraq nizami ordu quruculuğunda böyük uğurlara imza atdığını, həmçinin, cəbhə bölgəsində atəşgaha nail olmaqla bütün imkanları quruculuq prosesi üçün səfərbər etdiyini dilə gətirib. Bu gün azad Qarabağda aparılan abadlıq və quruculuq prosesində də ulu öndərin arzularının yer aldığını deyən Bakl merinin duyğusal fikirlərini həyacansız oxumaq olmur: ”Tarixi zəfərlərimizdən sonra bu gün Qarabağda, Zəgəzurda aparılan genişmiqyaslı quruculuq-bərpa islərində də yenə Heydər Əliyevin izini, ruhunu görürük. Heydər Əliyev bizlərə Vətən sevgisini onu qorumaqla yanaşı, Vətəni hər imkanda gözəlləşdirməklə, quruculuqla, ölkənin abadlığına töhfə verməklə ifadə etməyi öyrədib.” Bu gün prezident İlham Əliyevi özünə lider seçən dünya azərbaycanlılarının bir yumruq kimi birləşmək uğrunda göstərdikləri səy və qazandıqları uğura toxunan müəllif, İlham Əliyeviin öz şəxsi keyfiyyətləri ilə insanlığın, vətəndaşlığın ən ali məqamlarında təmsil olunmasını Heydər Əliyev məktəbinin təntənəsi adlandırır:” Prezident İlham Əliyevin tarixinin ən möhtəşəm çağlarına gətirdiyi Azərbaycan bir zamanlar Heydər Əliyevin arzularında görünən Azərbaycandır və tarixin ən qüdrətli Azərbaycanı bundan sonra da yeni nailiyyətləri ilə bu adı, bu statusu qoruyacaq”.
Beş kitabın müəllifi, media sahəsində göstərdiyi xidmətlərə görə bir çox ordenn və fəxri mükatatlarla təltif olunumuş əməkdar jurnalist Bəxtiyar Sadıqovun “Heydər Əliyevin arzuladığı Azərbaycan” məqaləsi Azərbaycanın yarım əsrlik tarixinə işıq salır. Tarix yaradan şəxsiyyətlərdən biri olan
Heydər Əliyevin hələ sovet dövründə etdiyi mühüm xidmətlərdən, bu məmləkəti geridə qalmış aqrar respublikadan sənaye ölkəsinə çevirdiyindən və 15 respublika arasında öncül yerə çıxarmaq bacarığından söz açan müəllif ulu öndəri öz fəaliyyəti ilə tarixin gedişinə təsir edən, dünyada siıinməz izi qalan fenomenal insanlardan biri kimi xarakterizə edir:”Ümummilli liderimiz bütün illərdə və hallarda Azərbaycana fəadakarlıqla xidmət göstərmiş, mövcud imkanlar dairəsində xalqın sosial rifahının, həyat şəraitinin yaxşılaşdırılmasını. İqtisadiyyatın yüksələn xətlə inkişafını təmin etmişdi. Ulu öndərimiz özünəməxsus enerji və ciddiyyətlə işə başladı. Əvvəlcə ümumittifaq fondundan kifayət qədər vəsair ayrılmasına nail olundu. Neft sənayesinin dilçəldilməsinə start verildi. 1941-1945-c illərdə Azərbaycan cəbhənin yanacaqla təminatında mühüm rol oynamışdı. Artan tələbatı daim ödəmək üçün neft quyuları şiddətli istismar olunmuşdu. Yeni yataqların kəşfinə, qoyulan investisiyaların artırılmasına, təzə texnologiyaların tətbiqinə isə lazımı diqqət yetirilməmişdi. Neft sənayesindəki mövcud vəziyyəti dərindən təhlil edən ulu öndər sahənin imkanlarından geniş istifadə olunması üçün zəruri addımların ardıcıllıqla atılmasına nail oldu. Azərbaycanda neft-maşınqayırma , kimya sənayesi yaradılaraq sürətlə inkişaf etdi. “Neft daşları”nda istehsalın həcmi xeyli artdı. Beləliklə yeni, yüksək məvacibli iş yerləri açıldı, dövlət hesabına mənzillər tikilərək neft və maşınqayırma sahəsində çalışan vətəndaşların mənzil-məişət şəraiti, sosial rifahı ciddi şəkildə yüksəldildi.”
Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qaldırılması, bu sahədə baş verən inqilabi dəyişikliklərin də Heydər Əliyevin adı ilə bağlı olduğunu yazan müəllifin dediklərində həqiqət yükü çox böyükdür. Məhz Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı. Belə ki, bu dövrdə yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görüldü və beləliklə də kənd təsərrüfatının intensiv inkişafı təmin edildi. Muğan-Salyan zonası rayonlarında meliorasiya qurğuları tikilməsinin miqyası genişləndirildi. Respublikanın qərb zonasında 60 min hektar sahəni əkin suyu ilə təmin edən Ağstafaçay dəryaçasının inşası başa çatdırıldı. Arazboyu zonada suvarma işlərinin inkişafına səmərəli təsir göstərəcək dəryaça-sugötürmə qurğusunun tikintisinə başlanıldı.
Ulu öndər Heydər Əliyevin gənclər siyasətinə, təkcə zəhmət adamlarının deyil, yaradıcı insanların da fəaliyyət və sosial həyatına diqqətlə yanaşımasına, onların əməyini yüksək qymətləndirməsinə toxunan B. Sadıqov ümummilli liderin azərbaycanlı olması ilə fəxr etməklə yanaşı, Azərbaycanı bütün varlığı ilə sevdiyini, ölkənin yüksəlişi, qüdrətlənməsi, dünyada nüfuzunun artması və müstəqilliyinin əbədiyyətə çevrilməsi üçün bütün mümkün olanlara hazır olduğunu dilə gətirərək prezident İlham Əliyevin hazırda onun arzuladığı Azərbaycana rəhbərlik etdiyini qeyd edir:”Ulu öndərimiz Azərbaycanı azad və müstəqil görmək istəyirdi, ərazi bütövlüyünün bərpa olunmasını, ölkəmizin müasir, demokratik, gözəl, abad ölkə, Azərbaycan vətəndaşlarının xoşbəxt, firəvan, alnıaçıq və üzügülər yaşamasını istəyirdi. Müzəffər Ali Baş Komandanımız, prezidentimiz İlham Əliyev bütün bu istək və arzuları gerçəkliyə çevirdi. Azərbaycanı Cənubi Qafqazın ən güclü dövləti etdi. Ölkəmizin dünyada nüfuzunu qat-qat artırdı. Qüdrətli ordu yaratdi, ərazi bütövlüyümüzün bərpasına nail oldu. Bu gün isə Azərbaycanı Zəfər yolu ilə dayanmadan irəli aparır.”
Bundan başqa jurnalda millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Heydər Əliyev-Müstəqil Azərbaycan tariximizin memarı”, Azərbaycan Respublikası Baş prokuroru müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general -leytinantı, Respublikanın Əməkdar hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin ”Heydər Əliyev-əfsanəyə çevrilmiş böyük dövlət xadimi”, Milli Mıclisin deputatı Hikmət Babaoğlunun “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “Milli şüurda və xalqın iradəsində bərqərar olan ideologiya”, millət vəkili, YAP Təftiş Komissiyasının üzvü, Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmaçılar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovun” Heydər Əliyev Azərbaycan xalqının əzəmətinin simvoludur”, AMEA-nın müxbir üzvü, professor, YAP İdarə Heyətinin üzvü Amim İsmayılovun “Heydər Əliyev elmin inkişafına diqqət və qayğısı”, Bakı şəhəri Nəsimi Rayın İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun ”Dünyanın ən böyük azərbaycanlısi” və ölkənin digər tanınmış ziyalılarının imzası ilə ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycan üçün gördüyü nəhəng inlərdən bəhs edən yazılar işıq üzü görüb.
Jurnalın ikinci sayında həmçinin, hüquqi biliklər, turizm haqqında, tibbi biliklər barədə zəngin məlumatlar da yer alıb. Yasəmən Musayevanın müəllifi olduğu “Sağlamlığınızı qoruyun”yazısında dərman bitkiləri-şəfalı otlar, onların hər birinin faydaları, təzyiqin ən gözəl çarəsi olan kəklikotunun məcuzəli təsirindən , öskürəyin dərmanı olan gülxətmidən, xərçənglə savaşan pərpətöyündən və el təbiblərinin əsrlər boyu istifadə edərək insanlara şəfa verdiyi digər şəfalı bitkilər barədə maraqlı məlumatlar qeyd olunur.